kanal1

ABŞ-nin Ermənistanda AES tikmək istəyinin arxasında nə dayanır?

Tarix:22-11-2023, 09:53
Baxış Sayı:0

ABŞ-nin Ermənistanda AES tikmək istəyinin arxasında nə dayanır?

Ermənistan mətbuatı yazır ki, Amerika Ermənistanda kiçik nüvə reaktorlu atom elektrik stansiyası tikmək istəyir. Layihənin təşəbbüskarının isə Amerikanın “NuScale Power” şirkəti olduğu bildirilir.

"İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, indiyə qədər  18 ölkədə 80-dən çox buna bənzər layihələrə 100 milyard dollardan çox vəsait xərclənməsinə baxmayaraq, belə kiçik modul reaktorlardan heç biri kommersiya məqsədli istifadə mərhələsinə qədər gəlib çata bilməyib: 

"ABŞ 10 ildən çoxdur ki, bu sektoru maliyyələşdirsə də, hələlik ciddi cəlbedici nəticələr yoxdur. “NuScale Power” şirkəti isə dəfələrlə belə layihələrdə uğursuzluğa düçar olub". 

Ekspert deyir ki, bütün bunları nəzərə alsaq, bu layihə təşəbbüsünün yenidən gündəmə gətirilməsini Azərbaycan-ABŞ münasibətlərinin bugünkü vəziyyətində bir imitasiya olduğunu deyə bilərik.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmadığı təqdirdə hansısa bir Amerika şirkətinin Ermənistana dəyəri milyardlarla ölçülə bilən investisiya fəaliyyətini gerçəkləşdirməsi heç də ağlabatan deyil. Bu sadəcə psixoloji təhdid imitasiyasıdır", - deyə E. Əmirov əlavə edib.

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti