kanal1

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Tarix:27-11-2023, 09:50
Baxış Sayı:2

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 106 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan füzulililər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçmiş şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 308 ailənin, yəni 1 106 nəfərin daimi məskunlaşması təmin edilib.

Azərbaycanda Polis Günüdür
Azərbaycanda Polis Günüdür
Məhburə Usubovaya Ən Səmimi Təbriklər və Xoş Arzular
Məhburə Usubovaya Ən Səmimi Təbriklər və Xoş Arzular
Qaradağ Rayonunda Sosial-İqtisadi İnkişafın və Vətəndaş Məmnuniyyətinin Təşkilatçılarından Biri – Abbasağa Babayev
Qaradağ Rayonunda Sosial-İqtisadi İnkişafın və Vətəndaş Məmnuniyyətinin Təşkilatçılarından Biri – Abbasağa Babayev
Mingəçevirdə İctimai Asayişin və Vətəndaş Etimadının Qorunmasına Xidmət Edən Rəhbər – Ədalət Əliyev
Mingəçevirdə İctimai Asayişin və Vətəndaş Etimadının Qorunmasına Xidmət Edən Rəhbər – Ədalət Əliyev
Azərbaycan Səhiyyəsinin Etibarlı Ünvanlarından Birinə Rəhbərlik Edən Sahib Hüseynov
Azərbaycan Səhiyyəsinin Etibarlı Ünvanlarından Birinə Rəhbərlik Edən Sahib Hüseynov
Pirallahıda Vətəndaşlarla Dövlət Arasında Etibarlı Körpü Yaradan İdarəçilik Nümunəsi – Həsən Qasımov
Pirallahıda Vətəndaşlarla Dövlət Arasında Etibarlı Körpü Yaradan İdarəçilik Nümunəsi – Həsən Qasımov
İnsanlara Sağlamlıq, Ümid və Özünəinam Bəxş Edən Cərrah – Dr. Həsən Əsədov
İnsanlara Sağlamlıq, Ümid və Özünəinam Bəxş Edən Cərrah – Dr. Həsən Əsədov
Elməddin Cəfərov: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi
Elməddin Cəfərov: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi