kanal1

Elşad Musayev: Səhiyyə sahəsində dövlət siyasəti

Tarix:28-11-2023, 13:41
Baxış Sayı:62


Cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında səhiyyənin rolu böyükdür. Bir neçə ildir ki, Azərbaycan səhiyyəsi həm dövlət, həm də özəl sektorun inkişa­fı ilə yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə ötən 10 ilə yaxın dövrdə iqtisadi irəliləyiş səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problem­lərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərin­dən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Respublika Klinik Xəstəxanasının cərrahı Dr.Elşad Musayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Respublika Klinik Xəstəxanasının cərrahı Dr.Elşad Musayev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Dr.Elşad Musayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Respublika Klinik Xəstəxanasının cərrahı Dr.Elşad Musayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr.Elşad Musayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dr.Elşad Musayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Respublika Klinik Xəstəxanasının cərrahı Dr.Elşad Musayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Səhiyyə sistemində aparılan isla­hatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında məcburi tibbi sığortanın tətbiq edilməsi yönün­də aparılan işlərdir. Bu məqsədlə bey­nəlxalq praktika öyrənilib, qanunvericilik bazası hazırlanıb. Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatan­lığını təmin etmək məqsədi ilə icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. İcbari tibbi sığorta sisteminə əsasən, pensiya­çılar üçün tibbi sığorta haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən vətən­daşlar və sosial yardım alanlar üçün isə dövlət ödəyir. Nəticədə ölkə əhalisinin bütün təbəqələri tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb edilib və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığı təmin olunub.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətən­daş amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir. Bu gün ölkəmizdə Mərkəzi Klinika, Talassemi­ya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Qafqazda ən böyük tibb müəssisəsi–Yeni Klinika, Tibb Universitetinin klinikaları, paytaxtda və bölgələrdə ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, digər çoxsaylı dövlət və özəl tibb müəssisələ­ri əhaliyə lazımi tibbi xidmət göstərir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensi­alının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artı­rılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmə­tin səviyyəsinin və əməkhaqlarının yük­səlməsinə təsir edir.

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”