kanal1

Araik qızlarını və həyat yoldaşını Bakıya gətirmək istəyir

Tarix:30-11-2023, 11:10
Baxış Sayı:0

Araik qızlarını və həyat yoldaşını Bakıya gətirmək istəyir

“Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Arayik Arutyunyan Azərbaycanda qalmaq və bizim ölkənin vətəndaşı olmaq istəyir”.

Bu barədə Musavat.com rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb.

Məlumatda iddia olunur ki, hazırda Arayik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir:

“Arayik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. Arutyunyan deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Arayikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, “ucuz yırtmaq” məqsədi ilə belə davranış sərgiləyir.

Məlum olduğu kimi, həbs olunanlar arasında ən ağır cinayətləri o törədib. Qarabağdakı qanunsuz rejimə rəhbərlik edərkən silahlı quldur dəstələrinə komandan olub, Gəncənin, Bərdənin bombalanması əmrini özünün verdiyini etiraf edib. Azərbaycan övladlarının şəhid olmasında, yaralanmasında, evlərin, yaşayış məntəqələrinin dağıdılmasında əsas sima kimi iştirak edib. O, bir müharibə canisidir. Onsuz da Azərbaycan məhkəmələri ona ən ağır cəzanı - ömürlük həbsi verəcək. Bu baxımdan, Arayikin Azərbaycanda ölənə qədər qalması təmin olunub. İtirməyə heç nəyi qalmayan separatçıbaşı bu səbəbdən indi yaltaqlığa, xoşqılığa, artistliyə əl atıb...”

Onun istintaqa verdiyi ifadələrlə bağlı da ümumi və qismən məlumat ala bilmişik. Rəsmi olmayan həmin məlumatda iddia olunur ki, Arayik Arutyunyan özünə qarşı elan olunan bütün ittihamlara “...mən kim idim ki, orduya əmr verəm. Bütün əmrlər Ermənistan Müdafiə nazirliyindən gəlirdi. Mənim rəhbərliyim ancaq nominal idi, görüntü xarakteri daşıyırdı. Gəncəyə, Bərdəyə, Mingəçevirə atılan bombalar Ermənistan ərazisindən atılıb. Mənim elə bir əmr vermək səlahiyyətim olmayıb. Hamısını Paşinyan əmr edib. Mənə də əmr etdi, efirə çıxıb hər şeyi öz üzərimə götürdüm, Ermənistanı məsuliyyətdən yayındırım. Azərbaycan dövlətində o raketlərin trayektoriyası barədə dəqiq məlumatlar var, yoxlayın, görün onlar hansı ərazilərdən atılıb...”

Bir sözlə, separatçı qurumun keçmiş ideoloqu və rəhbəri bütün suçu Paşinyanın üzərinə atmaqla, həyasızcasına özünü təmizə çıxartmağa çalışır.

Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Arayikin ən sevimli əyləncəsi “Alov qüllələri”ə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: “Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm”, - deyə hər dəfə də yaltaq-yaltaq təkrar edir.

Məlumatda o da vurğulanır ki, Arayik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonla danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Arayik 10 kq kökəlib.

Yaxın zamanlarda onların cinayət istintaqı yekunlaşacaq və iş məhkəmə instansiyasına təqdim olunacaq. O zaman bu müharibə suçlularını hakim qarşısında görüb, çəkmək, yaymaq imkanımız da olacaq.

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”