kanal1

Zaur Mikayılovdan vətəndaşlar razılıq bildirirlər

Tarix:22-09-2023, 14:40
Baxış Sayı:19




Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zaur Mikayılovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zaur Mikayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Quba rayonunda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov sentyabrın 15-də Quba şəhərində yerləşən 1 nömrəli Quba Regional Su Kanal İdarəsinin inzibati binasında Quba, Qusar və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbuldan öncə sədr Zaur Mikayılov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.











Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İsrailin Mekorot Water Company şirkətinin nümayəndələri ilə görüş keçirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb: “Cənab Prezidentin 12 aprel 2023-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb. Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.

İsrailin milli su operatoru Mekorot Water Company şirkətinin direktorlar şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 faizinin şirkət tərəfindən təmin edildiyini, istehlakçılara verilən suyun təqribən 60 faizinin dəniz suyunun duzsuzlaşdırılması yolu ilə əldə olunduğunu bildirdi. Mekorot Water Company şirkəti və onun törəmə müəssisələri hazırda dünyanın bir sıra ölkələri ilə dəniz suyunun duzsuzlaşdırılması, eləcə də suyun idarə edilməsi sahəsində əməkdaşlıq edir.







Razim Rüstəmov: Ədalətin təntənəsi
Razim Rüstəmov: Ədalətin təntənəsi
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi