kanal1

Mübariz müəllim: Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir

Tarix:3-12-2023, 12:12
Baxış Sayı:7




Mübariz müəllim - Tarixdə xalqlar və millətlər arasında çoxlu sayda müharibələr olub, elə bu müharibələr də çoxlu şücayət və qəhrəmanlıqlara şahidlik edib. Ancaq müharibəni qələbə ilə başa vurmuş xalqın qəhrəmanı əsl qəhrəmandı və onun göstərdiyi şücayət əfsanəyə çevrilir. Elə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Ordusu, Ali Baş Komandan cənab İlham Əliyev kimi.
20 il əvvəl Prezident seçilmiş İlham Əliyev xalqa müraciətində Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz vermişdi. Elə də oldu.
30 il həsrətində qaldığımız işğal olunmuş ərazilərimiz 44 günlük Vətən müharibəsi ilə azad olundu.
2020-ci il sentyabrın 27-də başlayan müharibə Şuşanın işğaldan azad olunması ilə başa çatdı. Şuşanın azad edilməsi Ermənistanı məğlubiyyətini qəbul edərək üçtərəfli birgə bəyanata imza atmağa məcbur etdi.
Bəziləri hesab edirdi ki, Şuşanın azad olunmasından sonra Azərbaycan üçtərəfli birgə bəyanatla təsbit edilmiş vəziyyəti dəyişməyə cürət etməyəcək. Azərbaycanın ermənilərin yaşadığı ərazilərdə hər hansı əməliyyat keçirməyə, yaxud bu ərazilərdə Azərbaycan dövlətinin müvafiq qurum və strukturlarının nəzarətini bərpa etməyə imkan verilməyəcəyini düşünənlər də az deyildi. Ancaq Ali Baş Komandanın vurğuladığı kimi, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu dəfə də belə oldu.
Təzyiqlərə, hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörən siyasəti nəticəsində barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək, Xankəndidə Azərbaycanın dövlət bayrağının ucaldılacağı günü tamamilə tam yaxınlaşdırmağa nail oldu.
Bu il sentyabrın 20-də Azərbaycan bir gündən də az müddətdə, cəmi 23 saat 44 dəqiqə ərzində Ermənistan silahlı birləşmələrini tamamilə təslim olmağa məcbur etdi. 15 oktyabr tarixində isə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bunun özü isə Zəfər Günümüzə bərabər uğur, 2020-ci ildə qazanılan Şanlı Zəfərimizi tamamlayan tarixi hadisədir.
Bu gün - Zəfər gününün 3-cü ildönümü münasibətilə Xankəndidə möhtəşəm parad keçirildi. Paradı Ali Baş Komandan, cənab Prezident İlham Əliyev qəbul etdi.
İndi heç vaxt enməyəcək üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalanır. İlham Əliyev Prezident seçildiyi gün dogma Azərbaycan xalqına verdiyi hər hər bir sözə əməl etdiyi kimi, ərazi bütövlüyümüzün bərpasını da təmin etdi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq nailiyyətlərə imza atdı.
Bu gün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan Heydər Əliyevin ruhu şaddır. Bu gün İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.
Bu gün Azərbaycan Zəfər Gününü qeyd edir. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Cənab Prezidentin də dediyi kimi, bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır.
Eşq olsun bu günü bizə yaşadan Azərbaycan Ordusuna, Ali Baş Komandan İlham Əliyevə, eşq olsun Azərbaycan xalqına. Zəfərə qanı-canı bahasına imza atan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti