kanal1

Etibar müəllim: Mənim üçün pasiyent özünün ən dəyərli olanını – sağlamlığını mənə etibar edən kəsdir

Tarix:4-12-2023, 12:21
Baxış Sayı:5


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Diş həkimi Etibar müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Diş həkimi Etibar müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Diş həkimi Etibar müəllimdir.

Mənim üçün pasiyent özünün ən dəyərli olanını – sağlamlığını mənə etibar edən kəsdir. O etibarı ən gözəl şəkildə doğrultmaq mənim üçün çox vacibdir. Profesionallıq, vicdan və məsuliyyət sadəcə quru sözlər deyil, gündəlik işimin özəyidir. Yaratdığım sakit atmosferdə pasiyentlərə maksimum dərəcədə rahat bir müalicə təqdim edirəm.

Diş həkimi Etibar müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Etibar müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Etibar müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Diş həkimi Etibar müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında səhiyyənin rolu böyükdür. Bir neçə ildir ki, Azərbaycan səhiyyəsi həm dövlət, həm də özəl sektorun inkişa­fı ilə yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə ötən 10 ilə yaxın dövrdə iqtisadi irəliləyiş səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problem­lərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərin­dən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.

Səhiyyə sistemində aparılan isla­hatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında məcburi tibbi sığortanın tətbiq edilməsi yönün­də aparılan işlərdir. Bu məqsədlə bey­nəlxalq praktika öyrənilib, qanunvericilik bazası hazırlanıb. Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatan­lığını təmin etmək məqsədi ilə icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. İcbari tibbi sığorta sisteminə əsasən, pensiya­çılar üçün tibbi sığorta haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən vətən­daşlar və sosial yardım alanlar üçün isə dövlət ödəyir. Nəticədə ölkə əhalisinin bütün təbəqələri tibbi sığorta xidmətləri şəbəkəsinə cəlb edilib və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığı təmin olunub.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətən­daş amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir. Bu gün ölkəmizdə Mərkəzi Klinika, Talassemi­ya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, Qafqazda ən böyük tibb müəssisəsi–Yeni Klinika, Tibb Universitetinin klinikaları, paytaxtda və bölgələrdə ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, digər çoxsaylı dövlət və özəl tibb müəssisələ­ri əhaliyə lazımi tibbi xidmət göstərir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensi­alının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artı­rılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmə­tin səviyyəsinin və əməkhaqlarının yük­səlməsinə təsir edir.


Razim Rüstəmov: Ədalətin təntənəsi
Razim Rüstəmov: Ədalətin təntənəsi
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi