kanal1

Köçəryan: Danışıqdan imtina etdik, silahlar danışdı, bu da acı nəticə

Tarix:23-09-2023, 11:32
Baxış Sayı:1

Köçəryan: Danışıqdan imtina etdik, silahlar danışdı, bu da acı nəticə

Bütün bunlara səbəb Ruben Vardanyanın meydana çıxması ilə bağlıdır

“Biz danışmaq əvəzinə, silahların danışmağa başlamasına şərait yaratdıq. Çox maraqlıdır ki, nəyə görə bir çox problemlərin aylar əvvəl, Yevlaxdakı görüşdən əvvəl həll oluna biləcəyi halda baş tutdu?”

Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komitəsinin sədri Andranik Köçəryan  deyib.

 “Demək istədiyim odur ki, Araik Arutyunyanın istefasının səbəbi qeyri-müəyyən olaraq qalır. Bu kimin diktəsi ilə edilib”, - o vurğulayıb. 

Köçəryan əlavə edib ki, bu hadisələrdən  əvvəl Qarabağda böyük bir palıd ağacının altında Ruben Vardanyan kimi bir fiqur peyda oldu, sonra yox oldu: “Niyə gəldi, niyə “dövlət naziri” oldu, hansı səbəbdən getdi, heç bir rolu olmayan müəmmalı proseslərdə niyə iştirak etdi. Və sonda Yevlax görüşünə şahidlik etdik”, -Köçəryan bildirib.

Onun sözlərinə görə, bundan bir neçə ay əvvəl Bakı ilə dialoqa başlamaq proqramı da var idi. “İştirak edənlərin hamısı imtina etdi. Danışığa getmək üçün mütləq silahlar danışmalı idi? Ola bilsin ki, bununla onlar düşdükləri prosesə haqq qazandırırlar. Samvel Babayan danışıqlar üçün proqram təklif etdi. Oradakı 15 bənddın  13-nə Azərbaycan tərəfi razılıq vermişdi. Bildiyim qədər Babayn indi həmin təklifləri dərc etməyə hazırlaşır. 

Son hadisələrə səbəb danışmaq əvəzinə silahların danışmağa başlamasına şərait yaratmağımız oldu. Bütün bunlara səbəbinin kökündə isə Araik Arutyunyanın getməsi və Ruben Vardanyanın meydana çıxması ilə bağlıdır”, -  Köçəryan deyib.

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti