kanal1

Krılov İrəvanı hədələdi: Rus bazası çıxsa, müharibə olacaq! - NƏ BAŞ VERİR?

Tarix:14-12-2023, 15:30
Baxış Sayı:1

Rusiya hərbi bazasının və sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı məsələ yaranarsa, Cənubi Qafqaz regionunda stabillik pozula bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Krılov erməni mediasına deyib.

O, bu halda erməniləri müharibə ilə qorxudub:

“Bundan sonra Türkiyə və Azərbaycan Qarabağdakı son əməliyyat kimi erməni probleminin nəhayət həlli üçün əməliyyata başlaya bilərlər”.

O, kollektiv Qərbin Ermənistanın köməyinə gələcəyinə böyük şübhə ilə yanaşdığını bildirib:

“Birinci Ermənistan respublikasının artıq təcrübəsi var - Antanta dövlətlərindən çoxsaylı vədlər almışdı, lakin müharibə başlayanda onlar öz donanmalarını Qafqaz dağlarına göndərə bilməyəcəklərini bəyan etdilər. Bununla da onların iştirakı başa çatdı, Birinci Respublika isə süqut etdi. Müxtəlif siyasi addımlar atılanda tarixi xatırlamağa dəyər.

Hər şeyin öz qiyməti var, kiçik dövlətlər üçün səhvlər isə xüsusi qiymətə malikdir. Onlar erməni dövlətçiliyi üçün ölümcül ola bilər”.

O, əminliklə bildirib ki, Ermənistanı tərk etmək Rusiya üçün kritik olmayacaq:

“Rusiya artıq bütün Qafqaz silsiləsi boyu müasir hava və raketdən müdafiə sistemi qurub”.

Eyni zamanda o, hadisələrin bu istiqamətdə mümkün inkişafını kədərli adlandırıb, çünki bu, Rusiyanın maraqlarına, eləcə də Ermənistan-Rusiya münasibətlərinin maraqlarına ziddir.

Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi