kanal1

Gəncə Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Tarix:16-09-2023, 11:06
Baxış Sayı:29




Gəncədə “Bilik Günü”ndə N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub



15 Sentyabr “Bilik Günü”ndə Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi baş tutub.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, şəhid ailələrinin üzvləri, məktəbin müəllim və şagird kollektivi, o cümlədən valideynlər iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Niyazi Bayramov çıxışında bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərirlər. Bunun nəticəsidir ki, bu gün Gəncədə daha bir məktəbin əsaslı şəkildə təmir olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Şəhər rəhbəri tədbir iştirakçılarını “Bilik Günü” münasibətilə təbrik edərək, uğurlu tədris ili arzulayıb.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatının tədrisin keyfiyyətini artırdığını bildirib.  Nazir müavini həmçinin, təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və yeni dərs ilində qarşıda duran vəzifələrindən danışıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya uşaqların təhsilinə göstərdikləri yüksək qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, 960 yerlik yeni məktəb binasında 21 sinif otağı,  fizika,  kimya,  biologiya,  informatika kabineti, məktəbəhazırlıq və STEAM otaqları, 150 nəfərlik akt zalı, kitabxana, yeməkxana və idman zalı fəaliyyət göstərir.













































































Niyazi Bayramov növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib



Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi şəkildə sakinlərlə görüşür, onların müraciətlərini dinləyir, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verir.

Niyazi Bayramovun vətəndaşlarla növbəti görüşü Məhsəti Gəncəvi Mərkəzində baş tutub. Görüşdə Millət vəkili Müşfiq Cəfərov, Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər. Müraciətlərin əsasını mənzil növbəliyi, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər təşkil edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi istiqamətində tapşırıqlar verilib.

Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri tərəfindən keçirilən görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır. Bu cür səyyar görüşlər və qəbullar bundan sonra da davam etdiriləcəkdir.












Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti