kanal1

Nikol ABŞ-a yox, İrana doğru qaçmalıdır - Xaçikyan

Tarix:11-01-2024, 15:30
Baxış Sayı:3

Bakının bütün tələblərinin yerinə yetirilməsini nəzərdə tutan sülh müqaviləsi Ermənistan üçün geri dönüşü olmayan nöqtəyə çevriləcək.

Axar.az xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

“2018-ci ilə qədər çoxlu səhv olub: korrupsiya və digər səhvlərə yol verilib, amma xarici siyasət düzgün aparılıb. Qərblə yaxşı münasibətlərimiz var idi və Rusiya ilə fəal əməkdaşlıq edirdik. Bununla da Türkiyənin regiondakı gücünü və təsirini balanslaşdırıb, Bakı və Ankaranı cilovlayırdıq. 5 il əvvəl baş verən və bəzilərinin inqilab adlandırdığı çevrilişdən sonra Ermənistan de-fakto rasional xarici siyasətdən əl çəkdi, biz emosiyalarla düşünməyə başladıq. Bunun nəticəsində Ermənistan birtərəfli güzəştlər yolu ilə həll etməyə çalışdığı mühüm problemlərlə üzləşib. Tarix elə bir halla üzləşməyib ki, bir ölkə ərazilərini güzəştə gedərək gələcəyini və təhlükəsizliyini təmin etdin. Heç bir ölkə ərazi və xalqının bir hissəsini qurban verməklə sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışmayıb. Mövcud vəziyyət tarixdə edilən ilk cəhddir”, - o bildirib.

Erməni professor qeyd edib ki, Paşinyan komandası hakimiyyətdə qalsa, ölkə fəlakətlə üzləşəcək:

“İndiki siyasi komanda hakimiyyətdə qalsa, Ermənistanın Gürcüstana girişini kəsəcək anklavları sülh müqaviləsi ilə təslim etsə, Zəngəzurun tamamilə itirilməsinə səbəb olacaq eksterritorial dəhlizlərə yol versə, bütün bunlar Ermənistan üçün geri dönüşü olmayan nöqtəyə çevriləcək. Bundan sonra nə Rusiya, nə də İran bizə kömək edə bilər. Hətta bunu istəsə belə. Biz yaşayan dövlət olmaqdan çıxacağıq. Amma Ermənistanın real tərəfdaşlarla əməkdaşlıqda hələ də şansı var. Real faydaları mədəni üstünlüklərlə qarışdırmayaq. Vaşinqtona qaçmaq yox, İranla əməkdaşlığa diqqəti cəmləmək zəruridir”.

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti