kanal1

Azərbaycan Ermənistanı arbitraj məhkəməsinə verib, təzminat tələb edir

Tarix:12-01-2024, 14:20
Baxış Sayı:1

Azərbaycan Ermənistanı arbitraj məhkəməsinə verib, təzminat tələb edir

12 yanvar 2024-cü il tarixində Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib.

XİN-dən verilən xəbərə görə, iclasda ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

27 fevral 2023-cü il tarixində Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlayıb. Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.

Qeyri-qanuni işğal dövründə Ermənistan, Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb.

Arbitraj prosesi, məsələnin Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların bir neçə raundunda qənaətbəxş həllin tapılmamasından sonra Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq başlanıb. İş üzrə qərar hər iki tərəfdən təyin edilmiş üç hakimdən ibarət arbitraj məhkəməsi tərəfindən qəbul ediləcək. Arbitraj məhkəməsindən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə qanuni öhdəliklərinə əməl etməməsi ilə bağlı qəti qərarın verilməsi və beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli təzminat tələb edilməsi sorğu olunub.

Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Yasamalda Yağışa Qarşı Operativ Reaksiya – Kommunal Xidmətlər Fasiləsiz Fəaliyyət Göstərdi
Yasamalda Yağışa Qarşı Operativ Reaksiya – Kommunal Xidmətlər Fasiləsiz Fəaliyyət Göstərdi
Rafiq Zülfiqarov: Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
Rafiq Zülfiqarov: Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
Dövlətə Sadiq Xidmətin İşıqlı Siması – Nizami Mayılov
Dövlətə Sadiq Xidmətin İşıqlı Siması – Nizami Mayılov
Xırdalanın İnşaat Zirvəsində Bir İnsanın İzi
Xırdalanın İnşaat Zirvəsində Bir İnsanın İzi
Çörəyin İşığında Dövlətə Sadiq Bir Ömür
Çörəyin İşığında Dövlətə Sadiq Bir Ömür
Elməddin Cəfərov – Xalqın Sevimlisi, Dövlətin Sadiq Övladı
Elməddin Cəfərov – Xalqın Sevimlisi, Dövlətin Sadiq Övladı
Dövlətə Sadiq Bir İnsanın İşıqlı Yolu
Dövlətə Sadiq Bir İnsanın İşıqlı Yolu