kanal1

“Sədərək”dəki böhranlı vəziyyət, 300 dollarlıq limit… - AÇIQLAMA

Tarix:15-01-2024, 10:33
Baxış Sayı:4

“Sədərək”dəki böhranlı vəziyyət, 300 dollarlıq limit… - AÇIQLAMA

2005-ci ildə ölkəmizdə "Elektron ticarət haqqında qanun" qəbul edilib, təxminən 2008-ci ildən  onlayn ödəniş sistemləri qurulmağa başlayıb. Pandemiyadan sonra isə ölkədə rəqəmsallaşma xeyli dərəcədə sürətləndi, çatdırılma infrastrukturu da inkişaf etməyə başladı.

Bunu IKT sahəsi üzrə ekspert Osman Gündüz Ticarət mərkəzlərindəki böhranlı durum və sahibkarların düşüncə tərzindən danışarkən deyib. O bildirib ki, uzun illərdir elektron ticarətə keçid üçün ölkəmizdə mühit formalaşmağa başlamışdı:

"Eyni zamanda 25 ildən çoxdur ki, elektron ticarətin üstünlüyündən, elektron ticarətə keçməyin yollarından, rəqəmsal transformasiyadan danışırıq. TV-də, mediada bununla bağlı minlərlə müsahibələr, çıxışlar tapmaq olar. Lakin çox az sayda sahibkarlar bunu dəyərləndirə bildilər. İndi isə 300 dollarlıq limiti ləğv etməyi, vərəndaşların e-ticarət yolu ilə xaricdən gətirdiklərinə vergi tətbiq etməyi tələb edənlər o zaman e-ticarətə keçidə etinasızlıq göstərir, bəziləri hətta bizim bu çağırışlarımızı lağ-lağı obyektinə çevirir, həmişə belə qalacağını düşünürdülər".

Ekspertin fikrincə, pərakəndə ticarətlə məşğul olanların indiki durumu, ticarət mərkəzlərindəki, Sədərək Ticarət Mərkəzindəki indiki böhranlı durum əsasən sahibkarların düşüncə tərzi ilə bağlı məsələdir: "Əlbəttə, təəssüfləndiricidir. Amma yenə də gec deyil. Perspektiv yalnız rəqəmsal transformasiyadan keçir. Doğru yol bu sahəyə diqqət yetirmək və bu sahəyə investisiya yatırmaqdan keçir", - deyə O. Gündüz əlavə edib.

Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi