kanal1

Yaşanmış faciə

Tarix:24-02-2024, 10:55
Baxış Sayı:6




Ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri 1992 - ci ilin  25 fevralından 26- na keçən gecə Xocalı şəhər sakinlərinə qarşı etdiyi vəhşiliklər,soyqırım hadisəsidir. Həmin gecə insanlığını itirmiş erməni quldurları keçmiş sovet ordusunun 366 - cı motoatıcı alayının hərbiçiləri ilə birgə tək Azərbaycan xalqına qarşı deyil,bütövlükdə bəşəriyyətə , insanlığa qarşı cinayət törətmiş, yüzlərlə dinc insan - yaşlı, uşaq və qadın bir neçə saatın içində öldürülmüş, onlara qarşı ən dəhşətli işgəncə və təhqiramiz əməllər həyata keçirilmişdir.
Bu qırğın  nəticəsində 613 nəfər həlak oldu, 8 ailə tam məhv edildi, 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü,150 nəfər itgin  düşdü. Xocali sakinləri həmin gecə misli görünməmiş qəddarlıqla olduruldulər: diri - diri yandırıldılar,başlarının dərisi soyuldu, gözləri çıxarıldı.
     Xocalı soyqirimı  Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən, qədim mədəniyyətə malik   Xocalı şəhərinin darmadağın edilib xarabayaya çevrilməsi ilə nəticələndi.Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 106 sosial- məişət obyekti,3200 fərdi yaşayış binası , 14 məktəb,21 klub , 29 kitabxana,3 mədəniyyət evi ,1 tarixi diyarşunasliq muzeyi dağıdıldı,14- 15 - ci əsrə malik türbələr,günbəzlər , məzarlar yerlə yeksan edildi. qəbiristanlıqlar vandallığa xas üsulla məhv edildi.
Bütun dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyevin 1993- cü ildə xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış,1994- cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımina siyasi- hüquqi qiymət vermişdir.Ümummilli lider H.Əliyev Xocalı soyqırimının 10 illik ildönümü ilə əlaqədar xalqa müraciətlə demişdir. 
" Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist  millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqirimı siyasətinin davamı və ən qanlı səhifəsidir." 
Bu gün şanlı   ordumuz öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda əsl qəhrəmanlıq və dəyanət nümayiş etdirərək başda Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmaqla 44 gün ərzində düşməni sonadək işğal olunmuş ərazilərdən qovdu,Qarabağı,,xüsusən də xalqimızın ləyaqət və qürur simvolu Şuşanı azad etdi, beləliklə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə verdi.
Xocalı bu gün azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsindən sonra  və bu günlər Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra  azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə 1- ci Dövlət proqramında Xocalınin da bərpası və azərbaycanlı əhalinin ora dönüş siyasəti tezliklə həyata keçiriləcək.  
Ləman Abbasova
Nəsimi rayon Təhsil işçisi

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti