kanal1

Rəşad Kazımov: Türk dünyasının birliyinə davamlı töhfələr

Tarix:18-03-2024, 01:24
Baxış Sayı:91

Rəşad Kazımov

Vətənpərvər ziyalı,

“Ballı” marketlər şəbəkəsinin məsul işçisi

Türk dünyasının birliyinin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələlərdəndir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidi olur. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun  üçün təkcə dövlətimizin başçısı İlham Əliyevin yaxın son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, eyni zamanda, həmin ölkələrin prezidentlərinin Azərbaycana səfərlərinin say tərkibinə, səfərlərin məqsəd və məramına, keçirilən görüşlərdə müzakirə olunan məsələlərin aktuallığına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman türk dünyasının birliyinə davamlı töhfələr verir. Məhz bu töhfələrin nəticəsidir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görüldü.

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi Türk Dövlətləri Təşkilatının  çəkisini və perspektivini göstərir.

Hal-hazırda Türk dövlətlərinin qarşılıqlı səfərləri davamlılığı ilə diqqətdədir.  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də   Azərbaycana reallaşdırdığı dövlət səfəri də türk dünyasının birliyinə böyük töhfə olacaq və iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Yüksəksəviyyəli bu səfər zamanı əvvəlcə iki dövlət başçısının məhdud tərkibdə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib və dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Qarşılıqlı səfərlərin əhəmiyyətini, gələcək üçün nəyi vəd etdiyini imzalanan sənədlər təsdiqləyir. Belə ki, səfər  çərçivəsində əlaqələrin inkişafına möhkəm hüquqi bazanın  yaradılmasını təmin edən aşağıdakı sənədlər imzalanıb:

“Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”; “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” Sahibkarlığın İnkişafı Fondu” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi arasında Əməkdaşlığa dair Memorandum”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandum”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş”; “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”; “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024-2025-ci illər üçün Tədbirlər Planı”; “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi arasında kosmosun dinc məqsədlərlə tədqiq edilməsi və istifadəsi sahəsində Anlaşma Memorandumu”; “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”; “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyətinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”.

İki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafında dövlət başçılarımızın sıx münasibətləri mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.

 İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. Ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək.

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”