kanal1

Mönsüm Alışov: 1969-cu ilin 14 iyulunda bugünkü müstəqilliyimizin təməli qoyulub

Tarix:15-07-2024, 00:33
Baxış Sayı:8

Mönsüm Alışov: 1969-cu ilin 14 iyulunda bugünkü müstəqilliyimizin təməli qoyulub


İdrak liseyinin təsisçisi, pedaqoji elmlər doktoru Professor Mönsüm Alışov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur.Professor Mönsüm Alışov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.  

Vətənpərvər ziyalımız İdrak liseyinin təsisçisi, pedaqoji elmlər doktoru Professor Mönsüm Alışov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Mönsüm Alışov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

İdrak liseyinin təsisçisi, pedaqoji elmlər doktoru Professor Mönsüm Alışov - 14 iyul 1969-cu ilin Azərbaycan tarixində xüsusi yeri vardır. 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi xarakterizə olunur. Ümummilli Lider Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də  ideyaları   ölkəmizi  yeni-yeni hədəflərə doğru inamla aparan yolu  işıqlandıran  mayakdır. Ulu Öndər keçmiş İttifaqın  əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmişdi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyətində yüksək mövqe tutması qürurverici idi. Eyni zamanda, Ulu Öndərin  öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.

Ulu Öndər Heydər Əliyev yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail oldu. Tariximizin gedişinin və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindəndir. Ulu Öndərin atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdi. Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdi.

Müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycan üçün olduqca ağır, çətin və faciəli bir dövr idi. Azərbaycan o dövrün iqtidarının siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin dövrdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni dövrün başlanğıcı oldu. Ümummilli Lider Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurdu və Azərbaycanın  dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər  Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Möhkəm təməl 2003-cü ildən bugünədək Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirir. Cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Böyük Yolun davamı kimi dəyərləndirildi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın işğaldan azad edilən bütün torpaqlarda dalğalanması, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı və sair kimi qürurverici hadisələr Heydər Əliyev siyasətinin təntənəsidir.

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”