kanal1

Cavid Məmmədov: İşıqlı gələcəyə gedən yolla irəli

Tarix:21-10-2024, 14:38
Baxış Sayı:104

Cəmaləddin Rüstəmov: Müstəqillik yolunda 33 illik tarix: Tənəzzüldən inkişafa

Cavid Məmmədov  Ali Baş Komandan, Qalib Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti sayəsində möhtəşəm möhtəşəm qələbələrə, zəfərlərə imza atan ölkəmizin düşmən işğalından azad edilən kəndləri, qəsəbələri, şəhərləri yenidən bərpa edilir. 30 il ərzində erməni terrorçularının tapdağı altında qalan torpaqlarımıza yeni nəfəs verilir, illərlə köçkün taleyi yaşayan soydaşlarımız artıq öz yurdlarına qaytarılır. İşğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və məşğulluq proqramları icra olunur. Kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatları yaradılır, insanların məşğulluğu təmin edilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə xalqımız 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi şəhərlərimizin xüsusi Günlərini böyük coşqu ilə qeyd edir. Artıq zəngilanlılar hər il oktyabrın 20-ni əlamətdar gün kimi bayram edir. İşğaldan azad olunmuş digər kənd, şəhər və rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Zəngilan rayonu da bərpa olunur, əvvəlki toy-büsatına qovuşur. Düşmənin cəngindən azad edilən Zəngilanda müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi oan Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi Böyük Qayıdışın başlanğıcı kimi yaddaqalan hadisə kimi tarixə düşüb. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı, Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilməsi, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidinin tikintisi, Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılması işğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı şəraitin yaradıldığının bariz nümunəsidir.
Vandal düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi Zəngilan şəhəri sürətlə dirçəldilir, cənnətə çevrilir. 20 oktyabr tarixində doğma yurdlarına, ata-baba ocaqlarına qayıdan zəngilanlılar doğma ocaqlarında “Zəngilan Şəhəri Günü”ni qeyd edirlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bəli, taliyinə “məcburi köçkün” kəlməsi yazılan zəngilanlılar bu gün qürur hissi ilə yaşayırlar. Azərbaycan xalqı fəxarət hissi ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması ilə böyük Zəfərdən tərəqqiyə, işıqlı gələcəyə gedən yolla irəli addımlayır.

Razim Rüstəmov: Ədalətin təntənəsi
Razim Rüstəmov: Ədalətin təntənəsi
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi