kanal1

27 Sentyabr- “Anım Günü” ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da dərin hüzn və kədər hissi ilə qeyd edildi

Tarix:29-09-2023, 10:42
Baxış Sayı:64


27 Sentyabr- “Anım Günü” ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da dərin hüzn və kədər hissi ilə qeyd edildi.

Belə ki, əvvəlcə səhər saatlarında Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, BRİH başçısının müavinləri, aparatının şöbə müdirləri və əməkdaşları II Fəxri Xiyaban, Binəqədi, Xocəsən və Biləcəri qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərini ziyarəti etdilər.

Tədbir iştirakçıları şəhid məzarları önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad etdilər.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısında 27 Sentyabr - “Anım Günü”nə həsr olunmuş ümumrayon tədbiri həyata keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri,  Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, ziyalılar  və rayon ictimaiyyəti iştirak etdilər.

Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Memorial Kompleksin qarşısına əklil və gül dəstələri  qoyuldu və  tədbir  topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhid ailələrinə böyük ehtiramını bildirərək, Birinci Qarabağ və 44 günlük  Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin mənəvi əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında - Dərnəgül park ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş  üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınıb. Bu gün Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində  canlarını fəda edən Binəqədi rayon  şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksə 301 (üç yüz bir) şəhidlərimizin adı və soyadı həkk olunubvə elektron tabloda bu şəhidlərimizin həyat tarixçəsi və keçdiyi döyüş yolu haqqında məlumatlar toplanılıb. “Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdı. Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, rəşadətli Milli Ordu və dövlət birliyi  Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı” - deyə Rayon İcra Hakimiyyətinin başçısı söylədi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov öz çıxışında qeyd etdi ki, iki il bundan əvvəl sentyabr ayının 27-si Şanlı qələbəmizin təməlinin qoyulduğu gündür. Xalqımız 44 gün ərzində möhtəşəm Zəfərə imza atmaqla dünya hərb tarixinin yeni qızıl səhifəsini yazdı. Bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda “Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.

Daha sonra çıxış edən  şəhidlərin ailə üzvləri və qazilər xatirələrini bölüşərək  şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin onları duyğulandırdığından bəhs etdilər. Həmçinin şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə və qazilərə  göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə etdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allah rəhmət etsin söyləyirik!




























Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Yasamalda Yağışa Qarşı Operativ Reaksiya – Kommunal Xidmətlər Fasiləsiz Fəaliyyət Göstərdi
Yasamalda Yağışa Qarşı Operativ Reaksiya – Kommunal Xidmətlər Fasiləsiz Fəaliyyət Göstərdi
Rafiq Zülfiqarov: Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
Rafiq Zülfiqarov: Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
Dövlətə Sadiq Xidmətin İşıqlı Siması – Nizami Mayılov
Dövlətə Sadiq Xidmətin İşıqlı Siması – Nizami Mayılov
Xırdalanın İnşaat Zirvəsində Bir İnsanın İzi
Xırdalanın İnşaat Zirvəsində Bir İnsanın İzi
Çörəyin İşığında Dövlətə Sadiq Bir Ömür
Çörəyin İşığında Dövlətə Sadiq Bir Ömür
Elməddin Cəfərov – Xalqın Sevimlisi, Dövlətin Sadiq Övladı
Elməddin Cəfərov – Xalqın Sevimlisi, Dövlətin Sadiq Övladı
Dövlətə Sadiq Bir İnsanın İşıqlı Yolu
Dövlətə Sadiq Bir İnsanın İşıqlı Yolu