kanal1

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb

Tarix:2-10-2023, 11:05
Baxış Sayı:1

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb

Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz rejimin süqut etməsi və oradakı Ermənistan silahlı qüvvələrinin və digər qanunsuz silahlı birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması nəticəsində həmin bölgədə dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsini tarixi hadisə kimi alqışlayır.

"Bu barədə icmanın yaydığı açıqlamada bildirilib.

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan bu tarixi nailiyyət münasibətilə bütün Azərbaycan xalqını təbrik edib.

Bildirilib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ədalətin təntənəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün yolunu açıb.

"İnsan hüquqları, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanan Qərbi Azərbaycan İcması iki dövlət arasında sülhün bərqərar olunmasını sidq ürəklə dəstəkləməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı missiyasını əzmlə davam etdirəcəkdir", - Qərbi Azərbaycan İcmasında bildirilib.

İcma ümidvardır ki, Ermənistan cəmiyyəti və hökuməti bu tarixi şansı düzgün dəyərləndirərək, qarşıdurma və təcrid yolunu deyil, sülh, əməkdaşlıq və birgəyaşayış yolunu seçəcəkdir.

İcma bu müstəvidə Ermənistanın mədəni müxtəliflik, reinteqrasiya və birgəyaşayışı rədd edən siyasətinin davam etməsindən ciddi narahatlığını ifadə edir. Məlumdur ki, Ermənistanın hər vəchlə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşı çıxmasının arxasında onun Azərbaycana qarşı ərazi iddiası dayanırdı. Ermənistanın buna qarşı çıxmasının arxasında olan digər mühüm motiv Azərbaycanda uğurlu reinteqrasiya və birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması perspektivlərini gücləndirəcəyini hesab etməsidir. Məhz bu səbəbdən Ermənistan Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir. Səbəb aydındır - mono-etnik siyasətindən əl çəkməmiş Ermənistan, iki xalqın nümayəndələrinin nə Ermənistanda, nə də Azərbaycanda birgəyaşayışına yol vermək istəyir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu irqçi yanaşmasını sərt şəkildə qınayır.

İcma beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın sülhü seçməsi, mono-etnik cəmiyyət ideologiyasına son verməsi, iki xalq arasında birgəyaşayışı və barışığı dəstəkləməsi, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində, o cümlədən, ermənilərin son həftələr köçdüyü ərazilərdə basdırdığı minaların və digər partlayıcı qurğuların dəqiq xəritəsini təqdim etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır.

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”