kanal1

Asif Ağayev əsas göstərişlərindən biri, şəhid ailələrinə xüsusi diqqətin olunmasıdır

Tarix:4-10-2023, 14:32
Baxış Sayı:39


KOBİA Beyləqanda sahibkarlarla görüşüb

Mil-Muğan iqtisadi rayonu üzrə sayca üçüncü, ölkə üzrə isə 46-cı KOB dostu ofisi fəaliyyətə başlayıb.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Qeyd olunub ki, biznesin qurulmasına və inkişafına yerində hərtərəfli dəstək göstərən KOB dostlarının sayı Mil-Muğan iqtisadi rayonu üzrə üçə çatıb. Ofis Beyləqan rayonunda fəaliyyətə başlayıb. KOBİA və Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, bölgədə sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə Beyləqan KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, hazırda respublikanın 46 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostu Beyləqanda və ətraf rayonlarda biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi, onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb, KOB dostunun fəaliyyətinin rayonda mikro, kiçik və orta sahibkarlığın inkişafında, yeni bizneslərin yaranmasında əhəmiyyətli olacağını bildirib.
Tədbir çərçivəsində sahibkarların qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib, rayonda biznes fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin, tədbirdə KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub.
Tədbir iştirakçıları Beyləqan Gənclər Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə də tanış olublar.
Beyləqan rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “Qarabağ Taxıl” MMC-də dənli bitkilərin qurudulması, təmizlənməsi və saxlanması prosesi ilə tanış olub, sahibkarla biznes ehtiyaclarına dair fikir mübadiləsi aparıblar. Məlumat üçün qeyd edək ki, müəssisə 2012-ci ildən fəaliyyət göstərir. 200-dən çox daimi işçinin çalışdığı müəssisə ildə 20 min tondan çox dənli bitkilər istehsal etmək gücünə malikdir.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Mərkəzi Rayon Xəstəxanasında 19 sentyabrda olan lokal xarakterli antiterror əməliyyatı zamanı yaralanan hərbçilərə baş çəkmişdir


Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayev yaralı hərbçilərimizin sağlamlığı və problemləri ilə yaxından maraqlanmışdır.
Hərbçilər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.
Rəhbərlik həmçinin xəstəxanada görülmüş işlərlə tanış olmuşdur.










Azərbaycanda Polis Günüdür
Azərbaycanda Polis Günüdür
Məhburə Usubovaya Ən Səmimi Təbriklər və Xoş Arzular
Məhburə Usubovaya Ən Səmimi Təbriklər və Xoş Arzular
Qaradağ Rayonunda Sosial-İqtisadi İnkişafın və Vətəndaş Məmnuniyyətinin Təşkilatçılarından Biri – Abbasağa Babayev
Qaradağ Rayonunda Sosial-İqtisadi İnkişafın və Vətəndaş Məmnuniyyətinin Təşkilatçılarından Biri – Abbasağa Babayev
Mingəçevirdə İctimai Asayişin və Vətəndaş Etimadının Qorunmasına Xidmət Edən Rəhbər – Ədalət Əliyev
Mingəçevirdə İctimai Asayişin və Vətəndaş Etimadının Qorunmasına Xidmət Edən Rəhbər – Ədalət Əliyev
Azərbaycan Səhiyyəsinin Etibarlı Ünvanlarından Birinə Rəhbərlik Edən Sahib Hüseynov
Azərbaycan Səhiyyəsinin Etibarlı Ünvanlarından Birinə Rəhbərlik Edən Sahib Hüseynov
Pirallahıda Vətəndaşlarla Dövlət Arasında Etibarlı Körpü Yaradan İdarəçilik Nümunəsi – Həsən Qasımov
Pirallahıda Vətəndaşlarla Dövlət Arasında Etibarlı Körpü Yaradan İdarəçilik Nümunəsi – Həsən Qasımov
İnsanlara Sağlamlıq, Ümid və Özünəinam Bəxş Edən Cərrah – Dr. Həsən Əsədov
İnsanlara Sağlamlıq, Ümid və Özünəinam Bəxş Edən Cərrah – Dr. Həsən Əsədov
Elməddin Cəfərov: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi
Elməddin Cəfərov: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi