kanal1

Qukasyan meyitlərdən qızılı buna görə toplamışdı - ŞOK

Tarix:5-10-2023, 09:51
Baxış Sayı:5

Qukasyan meyitlərdən qızılı buna görə toplamışdı - ŞOK

Ermənilərin 80-ci illərin əvvələrindən Azərbaycana qarşı hazırlanan işğal proqramında “Krunk” (Durna) adlanan bir terror təşkilatının aktiv iştirakı olub. Bu təşkilat 1988-ci il martın 24-də SSRİ Ali Sovetinin qərarı ilə buraxıldı. Buna baxmayaraq, təşkilat bu gün də fəaliyyət göstərir.

Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Qarabağın keçmiş separatçı dəstəsinin keçmiş başçılarından olan və hazırda həbs edilərək Bakıya gətirilən Arkadi Qukasyanın terror fəaliyyəti haqda qeyd edib.

Alim xatırladıb ki, “Krunk” təşkilatından daha separatçı, təxribatçı “Qarabağ komitəsi” də vardı:

“Bu komitənin əsas məqsədi keçmiş Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək idi. Bu komitə Dağlıq Qarabağın Ermənistana ilhaqına dair bir sıra planlar hazırlayırdı. Təşkilatın üzvlərinə bu şəxslər də daxil idi: Ermənistan ordusunun qurucusu Vazgen Sərkisyan, Şuşada doğulmuş, Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, sonradan Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan, Xankəndidə doğulmuş, Ermənistanın prezidenti olmuş Serj Sərkisyan, keçmiş “dqr”in keçmiş “prezidenti” Arkadi Qukasyan, Xankəndidə doğulmuş, ifrat erməni millətçilərindən, ideoloq Zori Balayan”.

Alimin sözlərinə görə, Sumqayıtda baş verən hadisələrin də ssenaristləri onlar idi:

“1988-ci ildə, hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində evin yandırılması və azərbaycanlı dinc sakinlərin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyanın təşkliatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdi. Qarabağda azərbaycanlı və rus zabitlərin və dövlət rəsmilərinin olduğu 20 noyabr Qarakənd üzərindəki helikopter faciəsini də törədən məhz bu təşkilat idi.

Qukasyan uzun zaman jurnalist olub. Hadisələr başlanan gündən varlanmağın yolunu tapan Qukasyan terror fəaliyyətinə başlayıb.

1957-ci ildə Xankəndi şəhərində anadan olduğu yazılır. Lakin o, Xocalı rayonunun ən cənubunda yerləşən, ermənilərin “Moşxmaat” adlandırdğı Quşçubaba (orijinal Quşi-baba) kəndində anadan olub. Məhz ilk dəfə bu qatilin amansız hərəkətləri haqda məlumatı Quşçubaba və Mədətkənd döyüşləri zamanı aldıq.

Arkadi Qukasyan və Zori Balayan birlikdə Xocalıda soyqırım törədən 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç ilə danışıqlar aparıb. Razılaşmadan sonra Arkadi Qukasyan erməniləri toplayaraq bildirib: “366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox baha başa gəldi. Əmr belədir: evlərdən, meyitlərin üstündən çıxan pulun-qızılın hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaq. Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaq”.

Xocalı, Meşəli, KosalErmənilərin 80-ci illərin əvvələrindən Azərbaycana qarşı hazırlanan işğal proqramında “Krunk” (Durna) adlanan bir terror təşkilatının aktiv iştirakı olub. Bu təşkilat 1988-ci il martın 24-də SSRİ Ali Sovetinin qərarı ilə buraxıldı. Buna baxmayaraq, təşkilat bu gün də fəaliyyət göstərir.

Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Qarabağın keçmiş separatçı dəstəsinin keçmiş başçılarından olan və hazırda həbs edilərək Bakıya gətirilən Arkadi Qukasyanın terror fəaliyyəti haqda qeyd edib.

Alim xatırladıb ki, “Krunk” təşkilatından daha separatçı, təxribatçı “Qarabağ komitəsi” də vardı:

“Bu komitənin əsas məqsədi keçmiş Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək idi. Bu komitə Dağlıq Qarabağın Ermənistana ilhaqına dair bir sıra planlar hazırlayırdı. Təşkilatın üzvlərinə bu şəxslər də daxil idi: Ermənistan ordusunun qurucusu Vazgen Sərkisyan, Şuşada doğulmuş, Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, sonradan Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan, Xankəndidə doğulmuş, Ermənistanın prezidenti olmuş Serj Sərkisyan, keçmiş “dqr”in keçmiş “prezidenti” Arkadi Qukasyan, Xankəndidə doğulmuş, ifrat erməni millətçilərindən, ideoloq Zori Balayan”.

Alimin sözlərinə görə, Sumqayıtda baş verən hadisələrin də ssenaristləri onlar idi:

“1988-ci ildə, hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində evin yandırılması və azərbaycanlı dinc sakinlərin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyanın təşkliatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdi. Qarabağda azərbaycanlı və rus zabitlərin və dövlət rəsmilərinin olduğu 20 noyabr Qarakənd üzərindəki helikopter faciəsini də törədən məhz bu təşkilat idi.

Qukasyan uzun zaman jurnalist olub. Hadisələr başlanan gündən varlanmağın yolunu tapan Qukasyan terror fəaliyyətinə başlayıb.

1957-ci ildə Xankəndi şəhərində anadan olduğu yazılır. Lakin o, Xocalı rayonunun ən cənubunda yerləşən, ermənilərin “Moşxmaat” adlandırdğı Quşçubaba (orijinal Quşi-baba) kəndində anadan olub. Məhz ilk dəfə bu qatilin amansız hərəkətləri haqda məlumatı Quşçubaba və Mədətkənd döyüşləri zamanı aldıq.

Arkadi Qukasyan və Zori Balayan birlikdə Xocalıda soyqırım törədən 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç ilə danışıqlar aparıb. Razılaşmadan sonra Arkadi Qukasyan erməniləri toplayaraq bildirib: “366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox baha başa gəldi. Əmr belədir: evlərdən, meyitlərin üstündən çıxan pulun-qızılın hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaq. Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaq”.

Xocalı, Meşəli, Kosalar kəndində amansız soyqırımın iştirakçılarından biri da Qukasyan idi. Qukasyan törətdiyi vəhşliliklərə görə Montenin, Köçəryanın, Sərkisyanın, Balasanyanın, Saakyanın və digərlərinin rəğbətini qazanır və bundan sonra onun karyerası yüksəlir.

Yeri gəlmişkən: Onun İrəvanda Sərkisiyanın villası ilə yanaşı böyük villası olduğu deyilir, çünki bu iki qatil döyüş meydanında birlikdə yerli dinc sakinlərə qarşı qətllər törətmişlər. Sərkisyanın prezident olduğu dövrdə hər yay tətilini birgə keçiriblər.

PKK düşərgəsində hərbi təlimlər alan Qukasyan onları Ermənistanla əməkdaşlıq etməyə sövq edir. Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib. Bununla da ermənilər PKK terror təşkilatının dəstəyini qazanıb. 1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və Dünya Erməni Terror Təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan keçmiş Dağlıq Qarabağa gətirilən kürd könüllülərdən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü.

Qarabulaq və Dəmirçilər döyüşləri zamanı qarşısına çıxan dinc sakinləri zirehli maşında əzib keçən Qukasyanın Qarabağın digər rayonlarında qanlı əməllərə imza atması məlumdur. Füzuli rayon sakini Validə Cəfər qızı İbrahimova yazdığı izahatında göstərmişdir ki, R.Köçəryan və A.Qukasyan həqiqətən qaniçən, vətəndaşlarımızı güllələyən cani və cinayətkarlardır. V.İbrahimova bu alçaqları öz gözləri ilə görən bir insan kimi xahiş və tələb edir ki, onlar haqqında beynəlxalq aləmdə lazımi ölçü götürsünlər”.ar kəndində amansız soyqırımın iştirakçılarından biri da Qukasyan idi. Qukasyan törətdiyi vəhşliliklərə görə Montenin, Köçəryanın, Sərkisyanın, Balasanyanın, Saakyanın və digərlərinin rəğbətini qazanır və bundan sonra onun karyerası yüksəlir.

Yeri gəlmişkən: Onun İrəvanda Sərkisiyanın villası ilə yanaşı böyük villası olduğu deyilir, çünki bu iki qatil döyüş meydanında birlikdə yerli dinc sakinlərə qarşı qətllər törətmişlər. Sərkisyanın prezident olduğu dövrdə hər yay tətilini birgə keçiriblər.

PKK düşərgəsində hərbi təlimlər alan Qukasyan onları Ermənistanla əməkdaşlıq etməyə sövq edir. Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib. Bununla da ermənilər PKK terror təşkilatının dəstəyini qazanıb. 1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və Dünya Erməni Terror Təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan keçmiş Dağlıq Qarabağa gətirilən kürd könüllülərdən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü.

Qarabulaq və Dəmirçilər döyüşləri zamanı qarşısına çıxan dinc sakinləri zirehli maşında əzib keçən Qukasyanın Qarabağın digər rayonlarında qanlı əməllərə imza atması məlumdur. Füzuli rayon sakini Validə Cəfər qızı İbrahimova yazdığı izahatında göstərmişdir ki, R.Köçəryan və A.Qukasyan həqiqətən qaniçən, vətəndaşlarımızı güllələyən cani və cinayətkarlardır. V.İbrahimova bu alçaqları öz gözləri ilə görən bir insan kimi xahiş və tələb edir ki, onlar haqqında beynəlxalq aləmdə lazımi ölçü götürsünlər”.

Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova

Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası

Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi

Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi

Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa

Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa

Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru

Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi