kanal1

YOLUNUZ AÇIQ OLSUN...

Tarix:10-10-2023, 15:22
Baxış Sayı:68

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Saleh Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Saleh Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçirilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Daha sonra Masallı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

 Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

YOLUNUZ AÇIQ OLSUN...














Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti