kanal1

Bu gün Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Tarix:13-10-2023, 09:24
Baxış Sayı:3

Bu gün Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclas məhdud tərkibdə - yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə - nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.

Gözlənildiyi kimi, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

Şuranın iclası “Ala-Arça” (“Rəngli ardıc”) dövlət iqamətgahında keçiriləcək. İqamətgah Bişkeklə bitişik Çon-Arık kəndində, Ala-Too silsiləsinin ətəklərində, mənzərəli yerdə yerləşir. Bir qayda olaraq, Bişkekdə yüksək səviyyəli xarici qonaqların iştirakı ilə bütün tədbirlər məhz bu iqamətgahın ərazisində keçirilir.

Dövlət başçıları cari ildə qarşılıqlı fəaliyyətin yekunları barədə danışacaq və gələcək üçün əsas vəzifələri müəyyənləşdirəcək, aktual beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Ənənəvi olaraq, ticarət və investisiya tərəfdaşlığının inkişafına böyük diqqət yetiriləcək.

İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət yetiriləcək. Terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın gücləndirilməsinə dair qərarların qəbulu gözlənilir. Görüşdən sonra Japarov və MDB-nin baş katibi Sergey Lebedev mətbuata bəyanatlarla çıxış edəcəklər.

İmzalanacaq sənədlər arasında MDB-də Beynəlxalq Rus Dili Təşkilatının yaradılması haqqında saziş, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə riskin qiymətləndirilməsi üzrə beynəlxalq mərkəzin formalaşdırılması haqqında saziş, 2024-2028-ci illər üçün cinayətkarlıqla mübarizə üzrə birgə tədbirlər dövlətlərarası proqramı, məhkəmə ekspertizası sahəsində MDB-nin Koordinasiya Şurasının formalaşdırılması haqqında saziş də var.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. Səfərin ilk günündə İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub.

Xeyirxahlığı və Vətənə Sədaqəti ilə Seçilən Şəhriyar Müəllimə Qurban Bayramı Təbriki
Xeyirxahlığı və Vətənə Sədaqəti ilə Seçilən Şəhriyar Müəllimə Qurban Bayramı Təbriki
Sumqayıt Qeydiyyat Sistemində Vətəndaşlara Xidmət Mədəniyyətinin Nümunəsi
Sumqayıt Qeydiyyat Sistemində Vətəndaşlara Xidmət Mədəniyyətinin Nümunəsi
Gündüz Əliyev – İdarəçilikdə təşkilati işlərin koordinasiyası və ictimai-siyasi proseslərin təşkili
Gündüz Əliyev – İdarəçilikdə təşkilati işlərin koordinasiyası və ictimai-siyasi proseslərin təşkili
Sumqayıt Perinatal Mərkəzində Həyata Toxunan Peşə Yolu
Sumqayıt Perinatal Mərkəzində Həyata Toxunan Peşə Yolu
Şəhər İnfrastrukturunda Təhlükəsizliyin və Davamlılığın Təminində Məsuliyyətli İdarəçilik Nümunəsi
Şəhər İnfrastrukturunda Təhlükəsizliyin və Davamlılığın Təminində Məsuliyyətli İdarəçilik Nümunəsi
Elm, idarəçilik və milli dəyərlərin vəhdətində formalaşan nümunəvi rəhbər
Elm, idarəçilik və milli dəyərlərin vəhdətində formalaşan nümunəvi rəhbər
Quruculuq yolu ilə formalaşan nüfuz: “Orbita” MTK-nın rəhbəri Famil Bağıyevin fəaliyyətinə baxış
Quruculuq yolu ilə formalaşan nüfuz: “Orbita” MTK-nın rəhbəri Famil Bağıyevin fəaliyyətinə baxış
Xalqın Etimadını Doğruldan İdarəçilik Nümunəsi: Mürsəl Eminovun Fəaliyyətinə Baxış
Xalqın Etimadını Doğruldan İdarəçilik Nümunəsi: Mürsəl Eminovun Fəaliyyətinə Baxış