kanal1

Mərdan Əliyev: Heydər Əliyev ideyaları əbədiyaşardır!

Tarix:16-09-2023, 10:38
Baxış Sayı:9


Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Mərdan Əliyev

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüş, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət kimi əbədi olaraq yaddaşlara həkk olunmuşdur.

Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirib, müstəqilliyimizi daimi və dönməz etmişdir.

Mərdan Əliyev: Heydər Əliyev ideyaları əbədiyaşardır!

Ulu Öndər Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmiş, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış etmişdir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi  azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Həqiqətən də azərbaycançılıq ideologiyası bütün soydaşlarımızı vahid amal ətrafında birləşdirdi, bu ideologiya bəlli bir inkişaf mərhələsindən keçərək bizim bir millət olaraq formalaşmağımızda mühüm rol oynadı.

Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir. 

Heydər Əliyevin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, bu konsepsiyanın əsas müddəalarını Azərbaycanın dövlətəqədərki dövrünə və dövlətçilik tarixinə tətbiq etmiş, onun hər bir dövrünün mühüm cəhətlərini müəyyən etməyə və ümumi dövlətçilik tarixində yerini aşkar etməyə nail olmuşdur. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi azərbaycançılıq ideologiyasının daha böyük arealda, daha sistemli formada təbliğinə, Heydər Əliyev irsinin daha yaxından öyrənilməsinə xüsusi töhfələr verəcək, dahi şəxsiyyətin bizə miras qoyduğu azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliğ edilməsi aktual olacaq.

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”