kanal1

Saakaşvili Paşinyana müraciət etdi: Vaxtınız azdır, dərhal Azərbaycanla...

Tarix:18-10-2023, 13:16
Baxış Sayı:4

Saakaşvili Paşinyana müraciət etdi: Vaxtınız azdır, dərhal Azərbaycanla...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

Saakaşvili müraciətində regionumuzun və Ermənistanın taleyindən çox narahat  olduğunu qeyd edib. 

Saakaşvili öz təcrübəsinə əsaslanaraq Paşinyana bir sıra məsələhətlər verərək deyib ki, artıq Putinlə bütün körpülər yanıb və geriyə yol yoxdur. 

“Sizin son bəyanatlarınızdan, xüsusən də Roma Əsasnaməsinin təsdiqindən sonra nə etsəniz belə, Putin sizi bağışlamayacaq və artıq bu, qeyri-mümkündür. O sizə düşmən kəsilib və hakimiyyətinizi devirmək üçün daxili iğtişaşlardan, hərbi əməliyyatların təşviqindən, iqtisadi cəhətdən boğmağa çalışacaq və hibrid müharibələrdən istifadə edəcək.

Yadda saxlamaq lazımdır ki, vaxtınız çox azdır. Hakimiyyətə gələndən sonra siz fundamental islahatlar apara bilmədiniz və ya həyata keçirmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin beşinci kolonudur. Avropaya inteqrasiya üçünsə gecikmisiniz”, – Saakaşvili qeyd edib.

Saakaşvili əlavə edib ki, nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuz üçün yeni imkanlar açır: “Müəyyən müddətdən sonra biz sərhədləri açıq üç Baltikyanı ölkə kimi yaşaya, üçünün hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdünü bir kənara atmalısan, banka getməlisən. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqını tərk edin və Avropa İttifaqı və NATO-ya ərizə verin.

Və nəhayət, siz açıq şəkildə bəyan edərək Azərbaycanla dərhal sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız.

Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz”.

Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi