kanal1

Azərbaycanda bank bağlandı

Tarix:19-10-2023, 10:51
Baxış Sayı:8

Azərbaycanda bank bağlandı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

 Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Bildiririk ki, “Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. “Muğan Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti