kanal1

Ermənistan rəsmi səviyyədə özünü ifşa etdi: Qarabağdan köçənlərin sayı və istəyi

Tarix:19-10-2023, 14:09
Baxış Sayı:0

Ermənistan rəsmi səviyyədə özünü ifşa etdi: Qarabağdan köçənlərin sayı və istəyi

Ermənistan Qarabağdan yüz mindən artıq erməninin köçdüyünü bəyan etsələr də, sonda həqiqəti gizlədə bilmədilər. Zərb məsəlində deyildiyi kimi, yalan ayaq tutar, amma yeriməz və ömrü qısa olar. Ermənilərin də növbəti hiyləsi məhz özləri tərəfindən ifşa edildi. Belə ki, Qarabağdan çıxan ermənilərin rəsmi statistikasını açmalı oldular.

Bunu Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan hökumətin bu gün keçirilən iclasında deyib.

“Oktyabrda köçkün düşən 40 min Qarabağ sakininə maddi yardım göstərmək üçün Ermənistanın dövlət büdcəsinin ehtiyat fondundan 2 milyard dram ayrılacaq”, - erməni nazir deyib.

Nazirin sözlərinə görə, hökumət 6 ay müddətinə müvəqqəti mənzillərdə yaşamaq üçün 40 000 dram, kommunal xidmətlər üçün 10 000 dram yardım edəcək. 

Ermənistanın baş naziri Nikol Paşinyan isə iclasdakı çıxışında deyib: “Biz Qarabağdan köçənlərə dəstək olmaq üçün hər şeyi edirik. Onların Qarabağa qayıtmaq üçün faktiki arzu və ya imkan olmadığı halda bizim siyasətimiz onların Ermənistanda qalmaları üçün hər şeyi etməkdir”.

Onu da bildirib ki, Qarabağdan köçən ermənilərin heç də hamısı Ermənistanda qalmaq istəmir və başqa ölkələrə getmək istəyirlər: “Hazırda Qarabağdan köçən 3000-dən çox insan Ermənistanı tərk edib”.

Xatırladaq ki, Qarabağın erməni sakinləri bölgəni tərk edən zaman Ermənistan tərəfi onların sayını tez-tez açıqlayaraq rəqəmləri şişirdilmiş şəkildə təqdim edirdi. İndi isə hansısa qara planlarının baş tutmadığını gördükdə doğru danışmağa üstünlük verdilər. Bilmək olmaz, bəlkə bu rəqəmlər də şişirdilmiş şəkildə açıqlanıb.

Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi