kanal1

Ermənistanın yeni silahlar alması nə qədər təhlükəlidir?

Tarix:24-10-2023, 09:45
Baxış Sayı:0

Ermənistanın yeni silahlar alması nə qədər təhlükəlidir?

Ermənistanın Fransadan silah alacağı rəsmən açıqlandı. 2023-cü ildə Ermənistanın müdafiə xərclərinin 501,3 milyard dram təşkil etməsi proqnoz edilirdi. Hazırkı məzənnə ilə bu, 1,25 milyard dollar deməkdir. 

"Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, Azərbaycan və Ermənistanın müdafiə xərclərini müqayisə edib.

"Azərbaycanda bu il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,05 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da 3,6 milyard dollara yaxın bir vəsait deməkdir. 2024-cü ildə isə bu xərclər 6% artırılaraq 6, 4 milyard manata və ya 3,8 milyard dollara çatdırılması planlaşdırılır. Mütləq ifadədə Azərbaycanın bu qəbildən olan xərcləri Ermənistandan təxminən 3 dəfə çoxdur".

Ekspert bildirib ki, effektiv anlamda bu fərq ən azı 50-60 qat artıqdır: "Çünki Azərbaycan son 20-25 il ərzində hər il 3-4 qat artıq xərclə hərbi güc formalaşdırıb. Təkcə bu illər ərzində çəkilən xərcin toplam fərqinə baxsaq, bu, 70-80 dəfə artıq bir hərbi xərc deməkdir. 

Bu azmış kimi Ermənistanın nəyi vardısa, Vətən müharibəsində darmadağın edildi.  Buna görə də, hər ilə lap milyard yarım pul ayırsalar və Fransadan silah alsalar belə, onların Azərbaycanla müqayisə edilə biləcək orduya sahib olmaları üçün ən azı 15-20 il lazımdır. Həm də bu şərtlə ki, Azərbaycan heç nə etməsin". 

"Nəzərə alsaq ki, Azərbaycan yerində dayanmır, hər il Ermənistandan yenə də 3 dəfə artıq xərc ayırır, deməli ordular arasında olan fərq getdikcə daha da artacaq", - deyə E. Əmirov əlavə edib.

Azərbaycanda Polis Günüdür
Azərbaycanda Polis Günüdür
Məhburə Usubovaya Ən Səmimi Təbriklər və Xoş Arzular
Məhburə Usubovaya Ən Səmimi Təbriklər və Xoş Arzular
Qaradağ Rayonunda Sosial-İqtisadi İnkişafın və Vətəndaş Məmnuniyyətinin Təşkilatçılarından Biri – Abbasağa Babayev
Qaradağ Rayonunda Sosial-İqtisadi İnkişafın və Vətəndaş Məmnuniyyətinin Təşkilatçılarından Biri – Abbasağa Babayev
Mingəçevirdə İctimai Asayişin və Vətəndaş Etimadının Qorunmasına Xidmət Edən Rəhbər – Ədalət Əliyev
Mingəçevirdə İctimai Asayişin və Vətəndaş Etimadının Qorunmasına Xidmət Edən Rəhbər – Ədalət Əliyev
Azərbaycan Səhiyyəsinin Etibarlı Ünvanlarından Birinə Rəhbərlik Edən Sahib Hüseynov
Azərbaycan Səhiyyəsinin Etibarlı Ünvanlarından Birinə Rəhbərlik Edən Sahib Hüseynov
Pirallahıda Vətəndaşlarla Dövlət Arasında Etibarlı Körpü Yaradan İdarəçilik Nümunəsi – Həsən Qasımov
Pirallahıda Vətəndaşlarla Dövlət Arasında Etibarlı Körpü Yaradan İdarəçilik Nümunəsi – Həsən Qasımov
İnsanlara Sağlamlıq, Ümid və Özünəinam Bəxş Edən Cərrah – Dr. Həsən Əsədov
İnsanlara Sağlamlıq, Ümid və Özünəinam Bəxş Edən Cərrah – Dr. Həsən Əsədov
Elməddin Cəfərov: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi
Elməddin Cəfərov: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi