kanal1

Ağ Evdən İrana qarşı plan

Tarix:25-10-2023, 12:31
Baxış Sayı:2

Ağ Evdən İrana qarşı plan

Amerikalılar Yaxın Şərqdən təcili evakuasiya edilir, bölgəyə əlavə hərbi qüvvələr gətirildi
Ağ Ev İsrail və HƏMAS arasında müharibənin daha geniş regional münaqişəyə çevriləcəyi təqdirdə amerikalıları Yaxın Şərqdən təxliyə etmək üçün "ağıllı fövqəladə planlama" aparır.

 Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, ABŞ hökuməti bu ayın əvvəlində İsraildən həyata keçirməyə başladığı çarter reysləri istisna olmaqla, amerikalıların bölgədən təxliyəsi üçün hazırda heç bir “aktiv səy” göstərmir. Kibri onu da əlavə edib ki, vəziyyət kəskinləşərsə, əhalinin evakuasiyası qaçılmaz olacaq.

“Kaş ki sizə fərqli bir şey deyə biləydim. Kaş ki bu, baş verməyəydi. Amma bu, müharibədir. Bu, qanlı, çirkin və əcaib olacaq”, - Kibri vurğulayıb. 

ABŞ-nin artan zorakılığa hazırlaşdığını qeyd edən Pentaqonun sözçüsü briqada generalı Pat Rayder bildirib ki, artıq İraq və Suriyada ABŞ əsgərləri və obyektlərinə ən azı 13 hücum olub.

“Biz yaxın perspektivdə İranın əlindəki marionet qüvvələr və nəticə etibarı ilə İran tərəfindən ABŞ qüvvələrinə və şəxsi heyətinə qarşı gərginləşdirici addımlar atılacağını görürük. Ona görə də  ABŞ regiondakı qüvvələrini və maraqlarını qorumaq üçün tədbirlər görməkdən çəkinməyəcək”, - Rayder qeyd edib. 

Rayder hava hücumundan müdafiə sistemlərinin istifadəsi də daxil olmaqla bir sıra yeni qüvvələrin mühafizəsi tədbirlərinin həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, THAAD sistemləri və əlavə Patriot raket batalyonları Yaxın Şərqə yerləşdirilməyə başlayıb.

Rayder Yaxın Şərqə əlavə qüvvələrin yerləşdirildiyini də bildirib. O bildirib ki, Nyu Cersi Hava Milli Qvardiyasının 119-cu Ekspedisiya Qırıcı Eskadronu F-16 döyüş təyyarələri ilə çərşənbə axşamı bölgəyə gəlib.

Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Yasamalda Yağışa Qarşı Operativ Reaksiya – Kommunal Xidmətlər Fasiləsiz Fəaliyyət Göstərdi
Yasamalda Yağışa Qarşı Operativ Reaksiya – Kommunal Xidmətlər Fasiləsiz Fəaliyyət Göstərdi
Rafiq Zülfiqarov: Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
Rafiq Zülfiqarov: Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi
Dövlətə Sadiq Xidmətin İşıqlı Siması – Nizami Mayılov
Dövlətə Sadiq Xidmətin İşıqlı Siması – Nizami Mayılov
Xırdalanın İnşaat Zirvəsində Bir İnsanın İzi
Xırdalanın İnşaat Zirvəsində Bir İnsanın İzi
Çörəyin İşığında Dövlətə Sadiq Bir Ömür
Çörəyin İşığında Dövlətə Sadiq Bir Ömür
Elməddin Cəfərov – Xalqın Sevimlisi, Dövlətin Sadiq Övladı
Elməddin Cəfərov – Xalqın Sevimlisi, Dövlətin Sadiq Övladı
Dövlətə Sadiq Bir İnsanın İşıqlı Yolu
Dövlətə Sadiq Bir İnsanın İşıqlı Yolu