kanal1

Qarabağ ermənilərinin kütləvi köçünün səbəbi – Erməni nəşri özlərini ifşa edir

Tarix:27-10-2023, 14:14
Baxış Sayı:3

Qarabağ ermənilərinin kütləvi köçünün səbəbi – Erməni nəşri özlərini ifşa edir


Qarabağ ermənilərinin kütləvi şəkildə Azərbaycanı tərk etməsinin əsas məqsədləri ortaya çıxıb. İstəyirlər ki, Ermənistana köçdükdən sonra İrəvan onlara elə bir status versin ki, onlar da istənilən ölkədən siyasi sığınacaq almaqda problem yaşanmasın. Lakin sən saydığını say, gör fələk nə sayır. Paşinyan onların gözləntilərini puça çıxardı. Belə ki, Paşinyan Qarabağdan köçən ermənilərə müvəqqəti qaçqın statusu verəcək. Bu da Qarabağ erməniləri arasında ciddi narazılığa səbəb olub və birmənalı qarşılanmayıb. 

“Hraparak”ın yazdığına görə, Qarabağ erməniləri Paşinyan hakimiyyətinin verəcəyi qərarı səbirsizliklə gözləyirdilər, lakin son nəticə onları məyus edib: “Qarabağ erməniləri Ermənistan hakimiyyətindən elə bir status verilməsini istəyirdilər ki, bunun əsasında onlara istənilən ölkədə siyasi sığınacaq üçün müraciət etmək imkanı verilsin. 
Qarabağa qayıtmaq ümidini itirməyən çox az sayda erməni isə ümidsizliyə qapıldı. Onlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə köçkünlərin öz yurdlarına qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil. Əvəzində o, baş ağrısından qurtulmağa çalışır. Bununla da Paşinyan Qarabağ ermənilərinin ümidlərini boşa çıxarmaqla Ermənistanı sürətlə tərk etməsinə təkan vermiş oldu. Burada  Ermənistan hakimiyyəti “insan yoxdur, deməli, problem yoxdur” prinsipini əsas götürüb”.

P.S: Onsuz da  Ermənistana köçən Qarabağ ermənilərinin mühüm bir hissəsi oranı tərk edib və bu proses davam etməkdədir. Hakimiyyət Ermənistandakı ciddi demoqrafik vəziyyətə görə ölkədə qalmasını istəsə də, onları bundan sonra orada heç cür saxlaya bilməyəcək. Ermənistanda yalnız əvvəlcədən evi olanlar və ya imkanı olub mənzil alanlar, özlərinə normal yaşam tərzi quranlar, yaşlılar və getməyə imkanı olmayanlar qalacaq. 

Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi