kanal1

Xəlil Göyüşov: Tarixi Zəfərimizə gedən yolun başlanğıcı

Tarix:20-09-2023, 10:52
Baxış Sayı:72

Xəlil Göyüşov: Tarixi Zəfərimizə gedən yolun başlanğıcı

'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov - Dövlətlərarası münasibətlərin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Keçirilən görüşlərdə dövrün aktual məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması, perspektivlərin müəyyənləşdirilməsi, əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması əməkdaşlıqda yeni mərhələnin başlanmasında öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin hər bir səfəri ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək mühüm addımlarla yadda qalır.

Cənab İlham Əliyev sentyabrın 14-də Tacikistana səfər etdi. Tacikistan Prezidenti  Emoməli Rəhmonun dəvəti ilə reallaşdırılan bu səfərdə dövlət başçısı İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak etdi. Ölkə Prezidentinin tədbirə fəxri qonaq qismindən qatılması bir daha münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə işıq saldı. Reallıq budur ki, əməkdaşlıq əlaqələrinin  dinamikası artan xətt üzrə inkişaf edir. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini  xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər  dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Azərbaycan və Tacikistan həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə xüsusi diqqət yetirir. Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Azərbaycan-Tacikistan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Əlaqələrdə elm və təhsil sahəsində münasibətlər xüsusi yer tutur. 2014-cü ildə Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan  Tacikistan Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri doktoru  diploma  təqdim edilib.  Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan  Dövlət Aqrar Universitetinin  əməkdaşlığı  çərçivəsində  müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.

Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında ikitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artması olduğunu xüsusi qeyd etdi.  

Statistik rəqəmlərə diqqət yetirsək birgə ticarətin inkişaf dinamikasının artdığını əminliklə deyə bilərik. Belə ki, 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon dollar olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824, 59 min dollar təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.    

Qeyd edək ki, tərəflər əlaqələrin gələcək inkişafı üçün möhkəm təməlin yaradılmasında daim maraqlı olub və bu gün də səylər artırılır.

 

“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
“60 Yaşın Müdriklik Zirvəsində – Hatəm Allahverdiyevə Böyük Təbrik!”
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Münasib Qurbanov: İnkişaf strategiyasının əsas hədəflərindən biri
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
Mehi Həsənov: Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Zəhmətin və Zövqün Zirvəsində – Əməkdar Memar Müsədin Namazovun Memarlıq İmzası”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“Enerjiyə Dəyər Qatan Lider – Ziyəddin Quliyev: İşığın, Dəqiqliyin və Məsuliyyətin Simvolu”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“İnsan Həyatına Həsr Olunmuş Ömür – Baş həkim Sahib Hüseynovun Fədakarlıq Dastanı”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Zəkanın Səfiri – Mahir Məmmədov: Azərbaycan Şahmatının Qlobal Zirvəyə Yüksəlişində Bir Liderin İzi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”
“Əmək, Zəhmət və Çörək Qoxusu – Məhərrəm Şəfiyevin Uğur Hekayəsi”