kanal1

Fransalı hüquq müdafiəçiləri Qarabağla bağlı qərarını açıqladı

Tarix:2-11-2023, 09:18
Baxış Sayı:4

Fransalı hüquq müdafiəçiləri Qarabağla bağlı qərarını açıqladı

Fransanın “Coordination des Associations et des Particuliers pour la Liberté de Conscience” (“CAP Freedom of Conscience” - CAP-LC) hüquq müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə CAP-LC-nin “Avropa Hüquq və Ədalət mərkəzinin” Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında deyilir.

Təşkilatın apardığı monitorinqin nəticələrinə əsasən vurğulanır ki, dinc əhaliyə qarşı təhlükənin olmadığını Ermənistanın baş naziri Nikol Paşinyan özü də təsdiqləyib.

"Bütövlükdə vəziyyət sabitdir. Mülki əhali arasında kütləvi itkilər barədə məlumatlar reallığa uyğun gəlmir. Bu gün Qarabağın mülki əhalisinə qarşı birbaşa təhlükə yoxdur", - N.Paşinyanın bunu sentyabrda dediyi xatırladılıb.

Öz növbəsində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Bilan deyib ki, Qarabağın erməni sakinlərinə qarşı heç bir insident və ya kobud rəftar halları qeydə alınmayıb.

CAP-LC-nin bəyanatında qeyd olunub ki, Azərbaycan hakimiyyəti Qarabağda qalmaq istəyən ermənilər üçün təhlükəsizlik zəmanətlərini elan edib və geri qayıtmaq istəyənlər üçün xüsusi elektron vasitəni istifadəyə verib: “Veb-portalda (http://reintegration.gov.az) bir neçə dildə, o cümlədən erməni dilində Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının sosial, iqtisadi və hüquqi aspektləri haqqında məlumatlar var”.

Müəlliflərin qənaətinə görə, obyektiv təhlil onu göstərir ki, insanların buradan məcburi şəkildə köçürülməsi, onların geri qayıtmasının qarşısının alınması və “etnik təmizləmə” ilə bağlı iddialar əsassızdır.

Qeyd edilib ki, “Avropa Hüquq və Ədalət Mərkəzi” Rusiyanın üzvlüyünə xitam verilməsinə dair əsaslarla Azərbaycanın Avropa Şurasına üzvlüyünün dayandırılmasını tələb edən petisiyaya başlayıb. CAP-LC isə bu tələbin ədalətsiz və əsassız olmasına dair sübutlar göstərir.

"Rusiyanın Ukraynaya hücumundan fərqli olaraq, Azərbaycan öz ərazisində və beynəlxalq hüquq normalarına uyğun hərəkət edib. Əməliyyat bir gündən az davam edib. Vizual məlumatlar Qarabağda yüzlərlə ağır texnikanın, artilleriya və hava hücumundan müdafiə sistemlərinin, milyonlarla döyüş sursatının və onlarla möhkəmləndirilmiş bölgələrin olmasını təsdiqləyib. Eyni zamanda, bölgəyə iki dəfə səfər edən BMT missiyası heç bir mülki infrastrukturun dağılmadığını bildirib. Belə ki, əməliyyatın hədəfi yalnız qeyri-qanuni silahlı birləşmələrin hərbi infrastrukturu olub", - CAP-LC təşkilatının nümayəndələri bildiriblər.

Xatırladaq ki, BMT-də məşvərətçi statusu olan “Cap Freedom of Conscience” 1995-ci ildə yaradılıb. Avropanın bu qeyri-hökumət təşkilatı din və inanc azadlığı hüququnun qorunması ilə məşğuldur. Təşkilat ayrı-seçkiliyin bütün formaları ilə mübarizə aparır, bu barədə Avropanın, eləcə də digər beynəlxalq qurumlara məlumat verir.

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti