kanal1

İrəvanın SÜLH BURCUTMASI... - Kimə naz edirlər ki...

Tarix:2-11-2023, 16:00
Baxış Sayı:2

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələr davam edir. Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Bakı ilə 3 əsas sülh və nizamlanma prinsipinin razılaşdırıldığını dedi. Baş nazir bildirdi ki, ilk prinsip qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır. İkincisi, Almatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, üçüncüsü isə regional kommunikasiyaların qarşılıqlı şəkildə açılmasıdır. Baş nazirin fikrincə, siyasi iradə olarsa, bu məsələlərdə irəliləyişə nail olmaq mümkündür. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bir neçə gün əvvəl İrəvanın Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər aldığını bildirmişdi. O qeyd etmişdi ki, Ermənistan təkliflərə cavablar hazırlayır. Digər açıqlamalarda da ilin sonunadək Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlana biləcəyi ehtimalı diqqəti çəkir. Məsələ ondadır ki, ilin sonuna artıq iki ay qalıb və hələlik sülh müqaviləsi ilə bağlı heç bir irəliləyiş yoxdur. Gülünc olan isə odur ki, "siyasi iradə"dən danışan Paşinyan anlamır ki, bu məsələdə yeganə iradəsiz və qətiyyətsiz tərəf İrəvan hökuməti, yəni baş nazir özüdür.
DİA.AZ-ın xəbərinə görə, sülh müqaviləsinin bağlanma ehtimalından "Sherg.az"a danışan millət vəkili Hikmət Babaoğlu deyib ki, ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını proqnozlaşdırmaq bir qədər çətindir və çoxlu tərəddüdlər var. Deputat vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağını deyir. 3 baza prinsipinin Azərbaycan tərəfi ilə razılaşdırıldığını iddia edir:

"Amma digər tərəfdən Ermənistanın büdcəsinin müzakirəsi zamanı büdcəyə hərbi xərclər üçün əlavə 750 milyon dollar ayırır. Bu isə 2018-ci il büdcəsi ilə müqayisədə Ermənistanın hərbi büdcəsinin 125 faiz artması deməkdir. Eyni zamanda Ermənistanın müvafiq qurumlarının rəhbərləri ayrı-ayrı ölkələrdən silahların alınması üçün müqavilələr imzalayırlar. Fransa ilə imzalanan müqavilə, Hindistandan fasiləsiz olaraq İran üzərindən Ermənistana silahların gətirilməsi və hərbi büdcənin artırılması heç də sülhpərvər davranış deyil. O baxımdan ilin sonuna qədər sülh müqaviləsinin imzalanması bütün bu çağırışlara baxmayaraq, çox çətin görünür".
Parlament üzvü diqqətə çatdırıb ki, Ermənistan sülh istəmir: "Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir. 8 kəndimizi hələ də işğal altında saxlayır. Eyni zamanda kommunikasiyaların açılması üçün real addımlar atmır. Nəticədə sülh müqaviləsinin imzalanması ilə bağlı çoxsaylı tərəddüdlər ortaya çıxır. Şübhəsiz ki, sülh müqaviləsinin tez zamanda imzalanması regionun ümumi inteqrasiyası və rifahı üçün yaxşı bir fürsət olardı".

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti