kanal1

Qarabağda ölən sülhməramlıların ailələrinə yardım veriləcək

Tarix:6-11-2023, 10:28
Baxış Sayı:1

Qarabağda ölən sülhməramlıların ailələrinə yardım veriləcək

Bir müddət öncə Qarabağda həlak olan sülhməramlıların ailələrinə Rusiya Sülh Fondundan 1 milyon rubl məbləğində yardım veriləcək.

Bu barədə RİA Novosti Rusiya Sülh Fonduna istinadən məlumat yayıb.

“Sentyabrın 20-də hərbi qulluqçularımız atəşə tutulub və həlak olublar. Onların ailələrini saxlamaq bizim borcumuzdur. Mənim şəxsi nəzarətim altında olan Sülh Fondu sülhməramlıların ailələrinə kömək etməkdə davam edəcək”, - Fondun sədri, Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski bildirib.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 20-də Qarabağın Canyataq kəndi yaxınlığında rus sülhməramlılarının olduğu avtomobilin atıcı silahlardan atəşə tutulması və bir qrup hərbçinin həlak olması barədə məlumat yayıb. Rusiya və Azərbaycanın istintaq orqanlarının nümayəndələri hadisə yerində olub, araşdırma aparıblar.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya lideri Vladimir Putinə hərbçilərin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verib.

Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Elşad Abdullayev: Azərbaycanın tarixi Zəfəri və milli inkişaf strategiyası
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Bəyali Ataşov: Şuşanın Zəfər salnaməsi - Azərbaycan tarixinin şanlı səhifəsi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Münasib Qurbanov: Üçrəngli bayraq - dövlətçilik tariximizin qürur mənbəyi
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Niyazi Nəcəfov: 44 günlük savaş - tarixi Zəfərdən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Ziya Əliyev: Zəfər salnaməsi - şanlı Qələbədən Böyük Qayıdışa
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Məhərrəm Şəfiyev: Üçrəngli bayraq – dövlətimizin qüdrəti, xalqımızın qüruru
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi
Hacı Ruslan Həsənov: 44 günlük Vətən müharibəsi - Azərbaycanın Zəfər salnaməsi