kanal1

Xüsusi Təyinatlı Qüvvələrin maaşları artırılıb - FƏRMAN

Tarix:7-11-2023, 12:31
Baxış Sayı:2

Xüsusi Təyinatlı Qüvvələrin maaşları artırılıb - FƏRMAN

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılsın.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçular üçün artım əmsalı tətbiq edilsin.

3. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalı hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında hər müvafiq büdcə ili üzrə razılaşdırılmış say və tərkibə uyğun olaraq, yalnız xidməti vəzifələrin icrası zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

4.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmanın 6-cı hissəsinə uyğun olaraq, vəzifələrin siyahısını və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:

5.1. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğini bu Fərmanın 4.2-ci bəndini və hərbi qulluqçuların yerinə yetirdikləri tapşırıqların xüsusiyyətlərini nəzərə almaqla iki ay müddətində müəyyən etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Bu Fərman 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir.

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti