kanal1

Ərdoğanın açıqlaması Qərbi silkələri - Avropadan reaksiya

Tarix:7-11-2023, 13:39
Baxış Sayı:1

Ərdoğanın açıqlaması Qərbi silkələri - Avropadan reaksiya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail-Fələstin müharibəsi ilə bağlı Qərbə səslənərək “bir daha səlib yürüşünü istəyirsizmi?” çağırışı ciddi əks-reaksiyaya səbəb olub.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borelin sözlərinə görə, İsrail-Fələstin münaqişəsi İsrail-ərəb münaqişəsindən sivilizasiyalar müharibəsinə çevrilir və bunun qarşısını almaq üçün hər şey edilməlidir.

Borel Qərb ölkələri daxil olmaqla heç kimin ötən illər ərzində İsrail-Fələstin məsələsinin həlli  istiqamətində heç nə etmədiyini dilə gətirib.  Avropalı diplomat əlavə edib ki, ərəb ölkələri ilə İsrail arasında son illərdə əldə edilən razılaşmaların ölkəyə sülh və sabitlik gətirəcəyinə gəzlənilsə də, lakin bu olmadı.

“Hətta Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan oktyabrın 7-dən əvvəl dedi ki, region onilliklər ərzində bu qədər sakit olmayıb. Biz bu cür korluğu necə izah edə bilərik? Bu ziddiyyətləri necə şərh edə bilərik? İsrail-Fələstin münaqişəsi artıq İsrail-ərəb  münaqişəsi deyil və bu, dönüş nöqtəsidir. İndi baş verənlər dinlər və ya sivilizasiyalar savaşıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini dinləyirdim. O, çıxış edərkən Qərbə çağırış edib “Hilal (aypara) döyüşü və səlib yürüşünü bir daha istəyirsinizmi?” Bunlar çox ciddi bəyanatlardır. Biz bu münaqişənin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - Borel qeyd edib.

İsrailin özünü müdafiə etmək hüququnu təkrarlayan Borel bunun beynəlxalq hüquq çərçivəsində edilməli və mülki vətəndaşların müdafiəsi lazım olduğunu bir daha vurğulayıb. 

“İnsan dəyəri nəzərə alınmasa, vəziyyət nəticədə əks-effekt verə bilər”, - Borrell bildirib.

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti