kanal1

Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq

Tarix:13-11-2023, 11:28
Baxış Sayı:2

Laçında ictimai nəqliyyat fəaliyyətə başlayacaq

“Laçında əhalinin sosial rifahi və rahat yaşayışı üçün bir sıra işlər görülüb. Prioritet məsələ sakinlərin iş yerləri ilə təmin edilməsi və bu istiqamətdə lazımı addımların atılmasıdır. Yaxın günlərdə isə əhalinin gediş gəlişini yaxşılaşdırmaq üçün ictimai nəqliyyat fəaliyyətə başlayacaq”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayev bildirib.

O, Laçın şəhərində yaradılan şərait barədə danışarkən qeyd edib ki, hazırda şəhərdə 1204 nəfər əhali yaşayır və prioritet məsələ həm də əhalinin işlə təmin olunmasıdır:

“Laçın şəhərinin mərkəzində ilkin olaraq 712 obyektdə tikinti işləri aparılıb və hazırda işlər davam etdirilir. İşlər görülən obyektlərin 75-i qeyri yaşayış, 628-i fərdi evlər və 144 mənzildən ibarət olan 9 ədəd ümumi yaşayış evləridir. Prezident İlham Əliyevin may ayının 28-də Laçına köçən 20 ailəyə evlərin açarları təqdim etməsindən bu günə kimi Laçına şəhərinə 1204 nəfər olmaqla 315 ailə, Zabux kəndinə isə 94 nəfər olmaqla 21 ailə köçürülüb. Bu ayda da Laçına 75 ailənin köçürülməsi nəzərdə tutulub. Laçın şəhərində köçlə yanaşı prioritet məsələ burada yaşayan sakinlərin işlə təmin edilməsidir. Hazırda Laçın şəhərində fəaliyyət göstərən müəssisələrdə 430-dan artıq sakin işlə təmin olunub. Əhalinin rahat yaşayışının təmin edilməsi üçün görülən işlər çərçivəsində şəhərin kommunikasiya xətləri çəkilib yekunlaşıb, Laçın şəhəri və Zabux kəndinə mavi yanacağın verilişi təmin olunub və 150 evdə birləşmə işləri görülür, yaxın günlərdə isə digər evlərə mavi yanacağın verilişi təmin olunacaq”.

E.Abdullayev bildirib ki, Laçın şəhərinin içməli su ilə təminatı üçün işlər başa çatıb və 9 su anbarı, 3 yağış sularının toplanması üçün depo, 1 ədəd isə çirkab suların təmizlənməsi üçün qurğu istifadəyə verilib: “Alternativ olaraq Laçın şəhərinin su təminatı üçün dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Xırmanlar kəndi ərazisindəki bulaqdan uzunluğu 8900 metr olan su xətti çəkilib və tamamən təbii bulaq suyunun şəhərə verilməsi məhz bu xətt ilə gerçəkləşir. Yağış sularının axıdılması üçün və kanalizasiya xətləri də tamamlanaraq istifadədədir.

Bütün kommunikasiya xətləri şəhərin estetik gözəlliyinin pozulmaması üçün məhz yeraltı olaraq çəkilib. Həmçinin Laçın şəhərində 1974-ci ildə tikilən kinoteatr binası artıq yenidən əsaslı təmir olunaraq istifadəyə verilib. May ayının 1-dən Laçın şəhərində modul tipli xəstəxana, aptek, məktəb, marketlər əhali üçün xidmətini yüksək səviyyədə davam etdirir. Bundan başqa, Laçın şəhəri ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə hazırlanan ictimai nəqliyyatın təşkili ilə bağlı layihə üzrə marşrut xətləri xəritə üzərində tərtib olunub və yaxın günlərdə Laçında ictimai nəqliyyatın fəaliyyəti gerçəkləşəcək”.

Razim Rüstəmov: Ədalətin təntənəsi
Razim Rüstəmov: Ədalətin təntənəsi
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi