kanal1

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur

Tarix:13-11-2023, 16:38
Baxış Sayı:3


       Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir.


1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. Əməkdaşlıq əlaqələri sabit qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.


 

 

 

Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
Cəmaləddin Rüstəmov – Hüquqa Sədaqət, Dəqiqlik və Vətəndaşa Etimad Üzərində Qurulan Fəaliyyət
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
İlqar Hacıyev – Ağstafanın İnkişaf Hədəflərinə Məsuliyyətli Yanaşma
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Şamaxıda İnsanlara Yaxın İdarəçilik – Tahir Məmmədovun Fəaliyyətində Diqqət və Məsuliyyət
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Sərxan İsmayılov: 27 Sentyabr – Vətən Yaddaşının Ən Ağır və Ən Şərəfli Səhifəsi
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Şahin Şirinov – Cəbrayılın Aqrar Dirçəlişinə Əməyi ilə Dəyər Qatan Rəhbər
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
Xudafərin Şadlıq Sarayı – Zövq, Qonaqpərvərlik və Yüksək Xidmətin Ünvanı
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
İnsan Həyatına Xidmət Edən Böyük Səhiyyə Ocağında Peşəkarlıq İmzası – Professor Sahib Hüseynov
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti
Məhəllənin Səliqəsindən Vətəndaşın Rahatlığına – Yasin Əlquliyevin Məsuliyyətli Xidməti