kanal1

Azərbaycanda güclü zəlzələ gözlənilir? - "Qorxunc mənzərə ilə üzləşə bilərik"

Tarix:14-11-2023, 14:13
Baxış Sayı:1

Azərbaycanda güclü zəlzələ gözlənilir? - "Qorxunc mənzərə ilə üzləşə bilərik"

Ötən həftəsonu İsmayıllı rayonunda 3 dəfə zəlzələ qeydə alınıb. Noyabrın 11-də yerli vaxtla saat 08:00-da 3 bal gücündə, həmin gün saat 22:46-da 2.9 bal gücündə zəlzələ baş verib. Sosial şəbəkələrdə zəlzələnin hiss edildiyi barədə məlumatlar yayılıb. 

Noyabrın 13-də saat 02:50-də baş verən 3 maqnitudalı zəlzələnin episentri isə 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. 

Ard-arda baş verən zəlzələlər barədə xəbərlər insanlar arasında təşviş yaradıb. 

Modern.az son günlər baş verən təkanlarla bağlı AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayevla danışıb.

O qeyd edib ki, bu bölgədə seysmik aktivlik həmişə olub, hazırda aktivliyin daha da kəskinləşməsi müşahidə edilir.

"2023-cü ilin sonuna qədər, hətta 2024-cü ildə də biz bunu müşahidə edəcəyik. Çox tez-tez dünya səviyyəsində hiss olunan, dağıdıcı zəlzələlər baş verir. Zəlzələnin fəsadları kəskin olur. Ancaq zəlzələnin də hiss olunan, güclü, dağıdıcı, katastrofik növləri var. Azərbaycan da seysmik aktivlikdən kənar deyil və olmayacaq. Biz nəhəng tektonik blokun üstündə yerləşmişik. Bu nəhəng tektonik blok Türkiyədən bütün Qafqazı əhatə etməklə, Xəzər dənizi və Türkmənistan istiqamətində uzanır. Bu, blok bir neçə qırılmalardan, pilətələrin toqquşma nöqtələrindən ibarətdir. Təbii ki, Azərbaycanda da hiss olunan zəlzələlərin baş verməsi istisna deyil. Çünki zəlzələ hər gün qeydə alınır. Sadəcə həmin zəlzələlər kiçik maqnitudalıdır”.

Elmlər doktoru İsmayıllıda baş verən zəlzələlərin kiçik maqnitudalı olmasının yaxşı hal olduğunu vurğulayıb:

“Şamaxı-İsmayıllı tektonik zonadır. Təbii ki, bu ərazilərdə əvvəlki illərdə də zəlzələlər baş vermişdi. Hətta, Şamaxı-İsmayıllı zonasında 2019-cu ildə bir neçə binanın çökməsi ilə nəticələnən zəlzələ də baş verib. Ümumiyyətlə, müqayisə aparsaq, Azərbaycanda ən güclü seysmatik zona Şamaxı-İsmayıllıdır. Nə yaxşı ki zəzlələnin maqnitudası 3 olub. Mütəmadi olaraq enerji boşalır. Ancaq fakt budur ki, zəlzələnin ocağı səthə yaxındır.  Əgər zəlzələ güclü maqnituda ilə müşahidə olunsa, qorxunc mənzərə ilə üzləşə bilərik”.

O, digər ərazilərdə də hiss olunan zəlzələlərin istisna olmadığını söyləyib:

“Talış zəlzələləri Lənkəran ərazisində baş vermişdi. Burada yenə zəlzələnin baş verməsi istisna  deyil. Qəbələ-Şəki zonalarında da güclü zəlzələlər müşahidə olunub. Gəncə ətrafı, kiçik Qafqazın şimal yamacında zəlzələlər baş verib. Yenidən bu zonalarda hiss olunan zəlzələlərin baş verməsi istisna deyil”.

Razim Rüstəmov: Ədalətin təntənəsi
Razim Rüstəmov: Ədalətin təntənəsi
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Sərxan İsmayilov: Xocalı Soyqırımı Memorialı - ədalətin bərpası
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Lənkəranın İqtisadi və Sosial İnkişafında Əvəzsiz Töhfələr – Hacı xanım Zərintac İsmayılova
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Xırdalanın İnkişafının Arxasında Dayanan Dövlətçi şəxs - Etibar müəllim
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Abşeronun İnkişafında Fədakar Mühəndis və Dövlətçi Şəxs - Kənan Babayev
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Mürsəl Eminov: Dövlətinə, Vətəndaşına və Cəmiyyətinə Sadiq Şəxs
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Sabunçu Rayon Polis İdarəsində Vətəndaşın Təhlükəsizliyinə Sadiq Rəhbərlik: Cavid Muradovun Fəaliyyət Portreti
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi
Milli Tibbin Zirvəsində: Dr. Afər Allahverdiyev və İnsanlığa Xidmətin Nümunəsi